Yeni tikililər, fantastik qiymətlər... Ekspert


Digərləri 27 May 2025 00:27:00 119 0

Yeni tikililər, fantastik qiymətlər...  Ekspert

Bakının daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası müşahidə olunur. Ən son statistikaya görə, ötən ay mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə orta hesabla 1,34% artıb. Əmlak bazarındakı qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin artması və bazarda təklifin məhdudluğu göstərilir. Bəzi hallarda isə qiymət artımları xaotik xarakter daşıyır və ərazidən asılı olaraq qiymətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliklər müşahidə olunur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Trend-ə açıqlamasında deyib ki, mənzil bazarında alqı-satqı aktivliyi müşahidə olunmasa da, qiymətlərdə bahalaşmaya doğru meyl hiss olunur.

Onun sözlərinə görə, bu, əvvəllər də qeyd olunduğu kimi, bir sıra iqtisadi amillərlə bağlıdır: "Hazırda daşınmaz əmlak bazarında çox böyük ajiotaj hökm sürür. İlkin mərhələdə 7 minə yaxın, sonra isə bir neçə dəfə bundan artıq vətəndaşın istər kirayə, istərəsə də alqı-satqı bazarına müraciəti gözlənilir. Çünki artıq istismar müddətini bitirmiş qəzalı binaların söküntüsünə və böyük bir tikinti prosesinə start verilib. Buna uyğun olaraq vətəndaşlara kompensasiya ayrılacaq ki, onlar həmin məbləğə digər yerlərdə əmlak əldə edə bilsinlər".

V. Oruc vurğulayıb ki, kirayə bazarı ilə mənzillərin satış bazarı bir-biri ilə əlaqəlidir: "Əgər kirayə bazarında aktivlik müşahidə olunarsa, bu, sahibkarların marağını artıracaq. Onlar əmlak əldə etməyə daha çox cəhd göstərəcəklər ki, kirayə bazarına həmin əmlakı daxil edərək yaranan əlverişli vəziyyətdən mənfəət və gəlir əldə etmək üçün istifadə etsinlər.

Bundan əlavə, ali təhsil müəssisələrinin böyük qisminin Bakıda yerləşməsi tələbələrin buraya axınına səbəb olur və nəticədə kirayə mənzil bazarında canlanma yaranır. Yay dövründə və sentyabrda yeni tədris ilinin başlanmasına hazırlıq ərəfəsində istər kirayə mənzil bazarında, istərsə də əmlak satış bazarında mövsümi bahalaşma da ümumi qiymətlərə təsir göstərəcək".

Yeni tikililər üzrə fantastik qiymətlər təklif olunur...

Sədr qeyd edib ki, daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması tendensiyasının zərurət olması göz öndündədir: "Çünki cari ilin ilk 4 ayında daşınmaz əmlak bazarında qiymətlərdə 6-7% artımın baş verdiyini nəzərə alsaq, bu tendensiyanın yay dövründə və tədris müddətinin başlanacağı dövrədək davam edəcəyi gözləniləndir. İl ərzində proqnozlaşdırılan 15-20%-lik əmlak bahalaşmasının məhz təqribən 10%-i qarşıdakı aylara təsadüf edəcək. Hətta hesab edirəm ki, əsas bahalaşma dövrü sentyabra qədər olan hissəni əhatə edəcək.

Hazırda daşınmaz əmlak bazarında aylıq təbii olaraq təqribən 1-1,5% civarında qiymət artımı baş verir. Bunun da ən böyük payı məhz bünövrəsi qoyulmuş yeni tikililərlə bağlıdır. Həmin tikililər üzrə fantastik dərəcədə qiymətlər təklif olunur. Eyni ərazidə yerləşən köhnə tikililərlə müqayisədə yeni tikililərdə mənzillərin qiyməti 25-30% yüksəkdir. Çünki podratçılar və tikinti sahibkarları düşünürlər ki, daşınmaz əmlak artıq investisiya obyekti mənbəyi kimi çıxış etdiyindən və ən az riskli, eləcə də stabil gəlir gətirmə imkanı olduğundan yeni təklif olunan qiymətlər daha yüksək olmalıdır".

Türkiyədə zəlzələ oldu like
  • 27 May 00:13  
Digərləri Türkiyədə zəlzələ oldu

Ötən gün axşam saatlarında Türkiyənin Bingöl vilayətinin Kiğı rayonun

arrow Ətraflı
İngiltərədə maşın izdihama çırpılıb, ölənlər var like
  • 26 May 23:38  
Dünya İngiltərədə maşın izdihama çırpılıb, ölənlər var

Liverpulun mərkəzində İngiltərə Premyer Liqasında "Liverpul" fu

arrow Ətraflı
“Azərbaycan tamaşaçısı belə şeylərə hazır deyil”  Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ like
  • 26 May 23:20  
Şou-biznes “Azərbaycan tamaşaçısı belə şeylərə hazır deyil” Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov

arrow Ətraflı
Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi like
  • 26 May 22:49  
Digərləri Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi

Əfv sərəncamı gözlənilən idi, uzun müddətdir ki, Əfv Komissiyasının

arrow Ətraflı
Xuraman Əlizadə ayrıldığı əri ilə belə görüntüləndi like
  • 26 May 22:33  
Şou-biznes Xuraman Əlizadə ayrıldığı əri ilə belə görüntüləndi

Aktrisa Xuraman Əlizadə ayrıldığı həyat yoldaşı Muradla barışıb. 

arrow Ətraflı
NaxçıvanŞahbuz yolunda ağır qəza  ölən və yaralananlar var like
  • 26 May 22:20  
Digərləri NaxçıvanŞahbuz yolunda ağır qəza ölən və yaralananlar var

Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınla

arrow Ətraflı
Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var like
  • 26 May 22:08  
Digərləri Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var

Türkiyənin Sivas vilayətinin Zara rayonuna bağlı Kardere kəndinin Yanık

arrow Ətraflı
Ermənistan tərəfindən əsir götürülmüş şəxslər məhkəmədə ifadə veriblər like
  • 26 May 21:42  
Siyasət Ermənistan tərəfindən əsir götürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək like
  • 26 May 21:37  
Digərləri Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə �

arrow Ətraflı
Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi like
  • 26 May 21:26  
Kriminal Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi

Bakının Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzlu

arrow Ətraflı
19 yaşlı tiktoker xərçəngdən öldü  FOTO like
  • 26 May 21:13  
Şou-biznes 19 yaşlı tiktoker xərçəngdən öldü FOTO

Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ru

arrow Ətraflı
Xalq artisti uzun aradan sonra efirdə like
  • 26 May 20:27  
Şou-biznes Xalq artisti uzun aradan sonra efirdə

Xalq artisti Ofeliya Sənani uzun aradan sonra efirə çıxıb.

arrow Ətraflı
"Azərbaycanla sülhə çox yaxınıq" like
  • 26 May 20:13  
Siyasət "Azərbaycanla sülhə çox yaxınıq"

"Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən �

arrow Ətraflı