“Azərbaycan tamaşaçısı belə şeylərə hazır deyil” Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ


Şou-biznes 26 May 2025 23:20:00 102 0

“Azərbaycan tamaşaçısı belə şeylərə hazır deyil”  Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərovdur. O, teatr tamaşalarıyla yanaşı bir çox serial və filmlərdə də rol alıb.

- Rəşad bəy, teatr fəaliyyəti necə gedir?

- Bir çox tamaşalarımız var ki, artıq hazırdır. Əməkdar artist Nicat Kazımovun rejissorluğunda "Balaca kişilər", Əməkdar artist Nofəl Vəliyevin təqdimatında "Antiqona" və Xalq artisti Cənnət Səlimovanın quruluşunda "Qaraca qız" tamaşalarını təhvil vermişik. Bu tamaşaların hamısında bir-birindən maraqlı obrazlarım var. Məsələn, "Qaraca qız" tamaşasında çox sərt bir obrazım var...

- Sərt obraz demişkən, sərtlik sizə çox yaraşır. Bunu sizdə rejissor kəşf edib, ya özünüz fərqində olmusuz?

- O vaxt İrəvan Teatrında olanda dostum Müşfiq Əliyev deyirdi, özünü elə dartırsan ki... Sonradan yaxın olduq, tanıdı məni, dedi ki, tamam başqa adam imişsən. Kənardan vizuallıq o cür ola bilər, amma insanın daxili başqadır.

Mehriban Ələkbərzadənin quruluşunda "Kod adı V.X.A" tamaşası var. Demək olar ki, 2 ildən çoxdur o tamaşada komissar obrazındayam. Çox sərt və amansız bir obrazdır. Amma uşaq tamaşalarında "Şirin baba" oluram (gülür). Teatr mənim üçün başqa bir dünyadır. 2014-cü ildə mədəniyyət mərkəzlərindən birinə direktor təyin olunmuşdum. Lakin teatrdan uzaq dözə bilmədim, ərizəmi yazıb çıxdım. Ümumiyyətlə, teatr sahəsində çalışan insanlara seçilmiş kimi baxıram. Bəzən tamaşada keçidlər arasında bir detalı tapa bilmirəm. Evdə ailəmlə oturanda söhbət edirik, amma beynim orada qalır. Qəflətən qışqırıram: "Tapdım!"

- Arximed kimi...

- Bəli. Uşaqlar deyir, ata, camaat milyonlarla pul tapanda sənin qədər sevinmir.

- Həyat yoldaşınız da aktrisadır. Hazırda fəaliyyət göstərir?

- Bəli. Bakı Uşaq Gənclər teatrındadır. Əvvəl də fəaliyyət göstərirdi, lakin uşaqlar oldu, ona görə bir müddət fasilə verdi. Amma hazırda fəaliyyətdədir.

- Bayaq İrəvan Teatrı dediniz. İlk peşəkar çıxışınız orada olub. Niyə oradan ayrıldız?

- Mərhum sənətkarımız Vaqif Əsədov öz tamaşasına dəvət etmişdi, sonra "ilişib" qaldım orada. Fəaliyyət göstərdim. Lakin sonra müəyyən problemlərimiz yarandı, çıxası oldum. 

- Necə problemlər?

- O teatrın bütün kollektivinə, rəhbərliyinə hörmətim var. Teatrdan icazə alıb çəkilişə getmişdim, lakin sonra Qobustanda çəkilişdən məni məşqə qaytarmaq istədilər. Bu da düz gəlmir axı. Amma aktyor hər bir halda məşqdə olmalıdır.

- "Şahnamə" tamaşasına hazırlıq necə gedir?

- Çox ağır və əzəmətli bir tamaşadır. Bunu boşuna vurğulamıram. Orada Rza xan obrazındayam. Rolumu, doğrudan, çox istəyirəm. Hər bir aktyor öz rolunu sevməlidir. Yoxsa birinci laqeydliyi özünə edəcəksən. 

- Seriallara da çəkilirsiz. Teatr və serial arasındakı paraleli necə aparırsız?

- Teatrda qazandıqlarımızı serialda xərcləyirik. Teatrda bütün günü məşqlərdəyik. Bəzən serialda, filmdə qeyri-peşəkar biri ilə tərəf müqabili olanda inanın ki, çəkilmək istəmirəm. Çünki qarşındakı aktyordursa, səni dərk etməli, nə demək istədiyini tutmalıdır. Bəzi qeyri-peşəkarlar tellərini darayıb, saqqal saxlayıb olurlar "peşəkar aktyor". Amma teatr tam başqadır.  Tamaşanı oynadıqca onun gedişini tamaşaçının duyğusundan, alqışından hiss edirsən. Di gəl, film elədir ki, hamı gəlib çəkilə bilər. Məsələn, gəlib iki kəlimə sözü əzbərləyir, 40-50 dubldan sonra alınır. Lakin teatrda belə deyil. Bir sözü səhv dedinsə, onu düzəltmə imkanın olmur. Teatr canlı bir sənətdir. 

- Azərbaycan film, serialllarına tamaşaçıların barmaqarası baxışı var. Nədən qaynaqlanır bu?

- Hamısı ssenaridən irəli gəlir. Bunu normal yazsalar, tamaşaçı ona baxacaq. Bəzi ssenarilər olur, oxuyub zəng edirəm rejissora ki, bu nədir? Bir serialda mənim sözüm var idi: "Mən öz ağlıma uduzdum". Belə söz işlətmirik axı realda. Gedib filologiyanı bitirib başlayırlar ssenari yazmağa. Ağıllarına gələni yazırlar. Yetər ki, o ssenarini bitirsinlər. O qədər aktual mövzular var ki. Qarabağımızda şəhid olan əsgərlər var, onlardan yazın.

- Bizdə vətən, müharibə mövzusunda çəkilən filmlərin əksəriyyəti pafos doludur. Ona görə də, tamaşaçı filmlə arasında bir doğmalıq hiss etmir. 

- Çünki hekayəni qura bilmirlər. Köhnə kinolarımıza hələ də baxıram. Şabanın filmlərini maraqla izləyirəm. Bəlkə də, dövrün ən köhnə kameraları ilə çəkiblər, amma ortada bir hekayə var. Bizdə nə var? O bunun arvadına ilişdi, bu onun arvadına söz atdı. Hara aparırlar bizi? Nəyi təbliğ edirlər? Yaza bilmirsən, dayan kənarda, qoy yaza bilənlər yazsın da. Axı burda rejissor, aktyorlar, prodakşın əziyyət çəkir. Artıq hər şey qalıb bir kənarda, seriala biznes gözüylə baxırıq. Bununla iş getmir axı. Gərək güclü ssenaristlər olsun. Ən azından kino dili olmalıdır. O qədər bədii, bər-bəzəkli sözlər işlədirlər ki. Məsələn, yazırlar, "Çıxarkən qapını ört" - biz belə demirik axı. Gülməli kinolara baxıb gülə bilmirəm. Ağlamalı kinoya baxıb gülürəm.

- Yumorun alt qatı, ictimai, siyasi, sosial yükü olmalıdır...

- Bəli. Yük doğuran komediyalar olmalıdır. Yoxsa dəymədüşərlik edirlər. Bizim bir ssenarist var idi, ancaq özü yazıb özü gülürdü. Əgər bu yumor yoxdursa, yazma da.

- Sovet dövründə filmlər ciddi izlənilirdi, sevilirdi. Niyə qırıldı bu bağ?

- Sovet dövründə ssenari yazılırdı, film çəkilirdi və gedirdi Moskvaya. Oradan rəy verilirdi. Senzura var idi. İstər məzmun, istər texniki cəhətdən baxılırdı filmə. Amma indi gedib fotoaparat götürüb düşürlər şəhərin canına. Hamı sosial şəbəkədədir. Xaricilərin çəkdiyi bəzi 2-3 dəqiqəlik videolara baxıram. Həqiqətən, güldürür insanı. Yoxsa düşürlər şəhərin canına, yolda insanı saxlayıb pul verir ki, gedib siqaret al.

Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi like
  • 26 May 22:49  
Digərləri Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi

Əfv sərəncamı gözlənilən idi, uzun müddətdir ki, Əfv Komissiyasının

arrow Ətraflı
Xuraman Əlizadə ayrıldığı əri ilə belə görüntüləndi like
  • 26 May 22:33  
Şou-biznes Xuraman Əlizadə ayrıldığı əri ilə belə görüntüləndi

Aktrisa Xuraman Əlizadə ayrıldığı həyat yoldaşı Muradla barışıb. 

arrow Ətraflı
NaxçıvanŞahbuz yolunda ağır qəza  ölən və yaralananlar var like
  • 26 May 22:20  
Digərləri NaxçıvanŞahbuz yolunda ağır qəza ölən və yaralananlar var

Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınla

arrow Ətraflı
Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var like
  • 26 May 22:08  
Digərləri Türkiyədə kömür mədənində partlayış olub, ölən və yaralananlar var

Türkiyənin Sivas vilayətinin Zara rayonuna bağlı Kardere kəndinin Yanık

arrow Ətraflı
Ermənistan tərəfindən əsir götürülmüş şəxslər məhkəmədə ifadə veriblər like
  • 26 May 21:42  
Siyasət Ermənistan tərəfindən əsir götürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək like
  • 26 May 21:37  
Digərləri Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə �

arrow Ətraflı
Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi like
  • 26 May 21:26  
Kriminal Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi

Bakının Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzlu

arrow Ətraflı
19 yaşlı tiktoker xərçəngdən öldü  FOTO like
  • 26 May 21:13  
Şou-biznes 19 yaşlı tiktoker xərçəngdən öldü FOTO

Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ru

arrow Ətraflı
Xalq artisti uzun aradan sonra efirdə like
  • 26 May 20:27  
Şou-biznes Xalq artisti uzun aradan sonra efirdə

Xalq artisti Ofeliya Sənani uzun aradan sonra efirə çıxıb.

arrow Ətraflı
"Azərbaycanla sülhə çox yaxınıq" like
  • 26 May 20:13  
Siyasət "Azərbaycanla sülhə çox yaxınıq"

"Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən �

arrow Ətraflı
"Bir ilin içində çox qocalmışam" like
  • 26 May 20:00  
Şou-biznes "Bir ilin içində çox qocalmışam"

Müğənni Türkan Vəlizadə maraqlı etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib like
  • 26 May 19:55  
Siyasət Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir? like
  • 26 May 19:39  
Digərləri Qayda pozan piyadalar kamera vasitəsilə cərimələnir?

Son zamanlarda bəzi vətəndaşlara "Sima" tətbiqindən piyada keçi

arrow Ətraflı