Kombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?
Digərləri 25 May 2025 11:25:00 77 0
"İstilik təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, bundan sonra tikiləcək mənzillərdə mərkəzi istilik sistemləri quraşdırılacaq. Bu reallaşarsa, daha yeni tikilən binalardakı mənzillərdə kombi quraşdırılmasına ehtiyac olmayacaq.
Bu xəbəri də oxu: Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə
Son.az xəbər verir ki, qanun layihəsinə əsasən, çoxmənzilli yaşayış binalarında hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.
"Həm vətəndaşların, həm də büdcənin yükü azalacaq"
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bu sahədə müəyyən problemlər olduğunu bildirdi: "Təəssüflər olsun ki, mərkəzi istilik təchizatının təmin edilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu sahədə nəzarət mexanizmi o qədər də güclü deyil. O səbəbdən yeni tikilmiş binalarda mərkəzi istilik sistemi təmin edilməyib. Yeni qanunun əsas məqsədlərindən biri bundan sonra mərkəzləşdirilmiş istilik təchizat sisteminin təmin edilməsidir".
N.Həmzəyev düşünür ki, yeni qanun vətəndaşlar üçün sərfəlidir: "Qanun layihəsi çox mütərəqqidir. Olduqca müsbət yanaşmalar var. Xeyli problemlər aradan qaldırılacaq. Ümid edirik ki, bu sistem yeni yanaşmalarla qurulacaq. Çünki belə olmazsa, subsidiyalara ehtiyac olacaq. Bu isə hökumətin yükünü artıracaq. Yeni texnologiyalara əsaslanan istilik sistemləri quraşdırılmalıdır ki, vətəndaşların ödəyəcəkləri pul hazırda istilik üçün ödədikləri sərfiyyata yaxın olsun. Çalışmalıyıq ki, vətəndaşların büdcəsinə xeyir etsin".
Məhəllə tipli istilik sistemləri olacaq
Deputatın sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra tikilən binalarda məhəlli tipli sistem mərkəzləşdirilmiş istilik sistemləri yaradılacaq: "Mərkəzi istilik sisteminin quraşdırılması mümkün olan yerlərdə həyata keçiriləcək. Yeni tikiləcək binalara aid olacaq. İstilik sistemləri ya mərkəzi, yaxud da komplekslər üzrə ola bilər. Daha böyük əraziləri əhatə edən istilik sistemlərinin quraşdırılması uyğun deyil. Çünki yenidən boruların çəkilməsi, baş verə biləcək qəzalar, problemlər nəzərə alınmalıdır. O səbəbdən məhəllə tipli istilik sistemlərinin quraşdırılmasına üstünlük veriləcək".
"Kombi sistemlərinə nəzarət artırılmalıdır"
"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə ya

VII Etnoidman Mədəniyyət Festivalında Qarabağ atlarının qəlblərə toxun

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılma

Müğənni Samirə ƏliMəryəm verilişlərə getməməsinin səbəbini açıql

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzr

Mayın 25-də Günəşdə yüksək enerji səviyyəli - X sinifinə aid güclü

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

Azərbaycanda sosial mediada reklam fəaliyyəti ilə bağlı yeni qanunvericili

Çində keçirilən texnologiya yarmarkasında maraqlı hadisə baş verib.

Reytinqə həm köhnə modellər, həm də davamlılığı ilə təəcübləndir
