Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək


Digərləri 25 May 2025 09:12:00 71 0

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Son.az-a DİM-dən məlumat verilib.

İmtahan keçiriləcək şəhər və rayonlar

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Xankəndidə ilk dəfə qəbul imtahanı

Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

Buraxılış vərəqələri və vaxt rejimi

İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahana gətirilməli sənədlər

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

İmtahana buraxılış vərəqəsi;

Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan infrastrukturunun təşkili

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

İştirakçıların sayı

II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.

Sağlamlıq imkanları məhdud abituriyentlər üçün şərait

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanların təhlükəsizlik tədbirləri və nəzarət

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Media nümayəndələrinin iştirakı

İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Xəbərə aid fotolar

Yeni qanunla sosial media reklamı tənzimlənir  Nələr dəyişəcək? like
  • 25 May 08:48  
Digərləri Yeni qanunla sosial media reklamı tənzimlənir Nələr dəyişəcək?

Azərbaycanda sosial mediada reklam fəaliyyəti ilə bağlı yeni qanunvericili

arrow Ətraflı
Gələcəyin döyüşçüləri  Çində robotlar döyüşdürüldü  VİDEO like
  • 25 May 08:08  
Digərləri Gələcəyin döyüşçüləri Çində robotlar döyüşdürüldü VİDEO

Çində keçirilən texnologiya yarmarkasında maraqlı hadisə baş verib.

arrow Ətraflı
Ayan sevgisindən danışdı like
  • 25 May 07:07  
Şou-biznes Ayan sevgisindən danışdı

Müğənni Ayan Babakişiyeva sevgi etirafı ilə gündəmə gəlib. 

arrow Ətraflı
Ən uzunömürlü avtomobil markaları like
  • 25 May 06:06  
Digərləri Ən uzunömürlü avtomobil markaları

Reytinqə həm köhnə modellər, həm də davamlılığı ilə təəcübləndir

arrow Ətraflı
Ətlə bu 3 məhsulu like
  • 25 May 05:05  
Digərləri Ətlə bu 3 məhsulu

Ağır yemək hissini yüngülləşdirmək və bağırsaq funksiyasını yaxşı

arrow Ətraflı
Teztez çay içməyin like
  • 25 May 04:04  
Digərləri Teztez çay içməyin

Dietoloq Yelena Solomatina çay kimi məşhur içkidən sui-istifadənin mənfi

arrow Ətraflı
Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə like
  • 25 May 03:03  
Digərləri Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə

Bəzi vitaminlərin həddindən artıq qəbulu ürək-damar sisteminə mənfi t�

arrow Ətraflı
Soyuq duş bədənimizə necə təsir edir? like
  • 25 May 02:02  
Digərləri Soyuq duş bədənimizə necə təsir edir?

Soyuq suya məruz qalma təkcə immunitet sistemini gücləndirmir, həm də str

arrow Ətraflı
Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİR like
  • 25 May 01:01  
Digərləri Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİR

Baş dərisinin nəmləndirilməsinin üz dərisinə qulluq qədər vacib olduğ

arrow Ətraflı
73 il sonra spirtli içki satacaqlar like
  • 25 May 00:39  
Dünya 73 il sonra spirtli içki satacaqlar

Səudiyyə Ərəbistanı 2026-cı ildən bəzi otellərdə və diplomatik ərazi

arrow Ətraflı
​“WhatsApp”da bu da mümkün olacaq like
  • 25 May 00:25  
Digərləri ​“WhatsApp”da bu da mümkün olacaq

Səsli söhbət funksiyası istənilən ​"WhatsApp" qrupları üçü

arrow Ətraflı
Meral Konrat bizdən daha çox qonorar alırdı  “Təhminə”nin Mədinəsi like
  • 25 May 00:13  
Şou-biznes Meral Konrat bizdən daha çox qonorar alırdı “Təhminə”nin Mədinəsi

"İstintaq davam edir" filmində Dilarə, "Təhminə" filmin

arrow Ətraflı
Günün qoroskopu: Peşəkar həyatda yeni istiqamətlər doğur like
  • 25 May 00:01  
Digərləri Günün qoroskopu: Peşəkar həyatda yeni istiqamətlər doğur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Çəkisi 37 kiloqrama düşən Nihal Candanın son halı like
  • 24 May 23:36  
Şou-biznes Çəkisi 37 kiloqrama düşən Nihal Candanın son halı

Dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs olunan Nih

arrow Ətraflı