Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı
Digərləri 22 May 2025 11:58:00 73 0
Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.
Bu xəbəri də oxu: Pensiyalar bu tarixdə tam ödəniləcək
Son.az oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.
Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.
Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.
Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efr

Bu bürclər sevgisini heç vaxt büruzə vermir

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xat

Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşı

Astroloqlar may ayının son günlərinə doğru bəzi bürclərin həyatında �

Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay b

Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən "ChatG

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı gülləl�
