“ChatGPT” internetdə ən çox ziyarət edilən 5ci sayt olub
Digərləri 22 May 2025 10:48:00 50 0
Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən "ChatGPT", 15-ci yerdən 5-ci yerə qalxaraq dünyanın ən populyar veb platformalarından birinə çevrilib.
Bu xəbəri də oxu: Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə konsert ilə çıxış edəcək
Son.az xəbər verir ki, "SimilarWeb"in açıqladığı statistikaya əsasən, platforma ayda 5,14 milyard ziyarətçi cəlb etməklə yalnız "Google", "YouTube", "Facebook" və "Instagram"ın gerisində qərarlaşıb.
Ən maraqlısı isə odur ki, digər tanınmış saytlar istifadəçi sayında azalma ilə üzləşdiyi halda, "ChatGPT" trafikinə 13,04 % artım əlavə edib. Bundan başqa, platforma aylıq istifadəçi sayına görə "Vikipediya"nı da geridə qoyub.
Qeyd edək ki, "ChatGPT" "OpenAI" tərəfindən yaradılmış süni intellekt əsaslı mətn yaradıcı modeldir. İlk dəfə 2022-ci ilin noyabrında təqdim edilən bu platforma istifadəçilərlə təbii dildə ünsiyyət qurmaq, sualları cavablandırmaq, yazılar yazmaq, kod nümunələri təqdim etmək və müxtəlif mövzularda yaradıcı məzmun hazırlamaq imkanlarına malikdir.
Modelin əsasında "GPT-4" (Generative Pre-trained Transformer 4) dil modeli dayanır. "ChatGPT" istifadəyə verildiyi ilk aylardan etibarən geniş istifadəçi auditoriyası qazanaraq, təhsil, texnologiya, biznes və gündəlik həyat sahələrində faydalı bir alətə çevrilmişdir.
İlqar Şabanov Son.az
Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı gülləl�

Rusiyadan Bakıya gələn təyyarədə ölüm hadisəsi olub.

May ayının ikinci yarısı üçün astroloji proqnoz göstərir ki, bir neçə

"Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

Mobile World Congress 2025 sərgisində Samsung qarşısına qoyduğu məqsədl�

Bu gün Şahbuz rayonu Daylaqlı kəndində qaz təchizatında fasilə yaranacaq

Akademik Rafael Hüseynovun 525-ci qəzetdə məqaləsi dərc edilib.

Bu gün Egey dənizi sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Sinə böyütmək yox, orqan bərpası - plastik cərrahlar üçün yeni dövr b

Xalq şairi Ramiz Rövşənin səhhətində problem yaranıb.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "

Komanda yoldaşlarımın və mənim iqtidara gəlmək hədəfimiz yoxdur, məqs�
