Siyasət
2025-11-04 21:23:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib.
2025-11-04 18:10:00
Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, buğda yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana gedib.
2025-11-04 17:12:00
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
2025-11-04 17:10:00
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-11-04 17:03:00
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Özbəkistana səfərə dəvət edib.
2025-11-04 16:54:00
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-11-04 16:43:00
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
2025-11-04 16:35:00
Azərbaycanda "Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılıbş
2025-11-04 16:33:00
Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" təsdiq edilib.
2025-11-04 16:31:00
"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" təsdiq edilib.
2025-11-04 13:30:00
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışı həm elmin keçdiyi tarixi yolun dəyərləndirilməsi, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin çıxışında səslənən fikirlər bir tərəfdən Ulu Öndər Heydər Əliyevin elmin inkişafına verdiyi töhfələrin dərin təhlili, digər tərəfdən isə müasir dövrdə Azərbaycan elminin qarşısında duran strateji vəzifələrin aydın təsviridir.
2025-11-04 11:43:00
2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanmış sülh bəyannaməsi artıq postsovet məkanının son otuz ilində ən mühüm diplomatik hadisəsi kimi qiymətləndirilir. Lakin dünyanın bir çox kağız üzərində qalmış razılaşmalarından fərqli olaraq, Bakı-İrəvan bəyannaməsi sadəcə bəyanat səviyyəsində qalmadı: tərəflər tarixdə ilk dəfə simvollardan əməli addımlara keçdilər.
2025-11-04 11:21:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində etdiyi çıxış həm elmi ictimaiyyət, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün strateji proqram xarakteri daşıyır.
2025-11-03 21:29:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.
2025-11-03 17:44:00
Bakı sensasiya dalınca düşmür. Dövlət "ov" aparmır. Onu maraqlandıran tam başqa məsələdir - sübuta, qanuna və şəffaflığa söykənən həqiqətin bərpası.
2025-11-03 14:55:00
Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç Bakıda Zəfər Gününün beşilliyi münasibətilə keçiriləcək paradda iştirak edəcək.
2025-11-03 14:20:00
Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
2025-11-03 14:17:00
Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.
2025-11-03 14:13:00
Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur.
2025-11-03 14:10:00
Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var.
2025-11-03 14:09:00
Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır.
2025-11-03 14:08:00
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.
2025-11-03 14:02:00
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.
2025-11-03 13:58:00
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər.
2025-11-03 13:55:00
Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır.
2025-11-03 13:52:00
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir.
2025-11-03 13:49:00
Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilirlər.
2025-11-03 13:48:00
Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır.
2025-11-03 13:45:00
Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.
2025-11-03 12:33:00
Bu payız Vaşinqtonun Mərkəzi Asiyada yenidən liderlik iddiasını irəli sürdüyü, lakin bunu fərqli formada - infrastruktur geosiyasəti vasitəsilə etdiyi dövrə çevrildi. Əvvəllər diplomatik platforma kimi qəbul edilən C5+1 (Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan+ABŞ) formatı indi real təsir alətinə çevrilir, "beş üstəgəl bir" modeli isə tədricən "altı üstəgəl bir" sxeminə transformasiya olunur. Bu yeni modeldə Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında birləşdirici halqaya çevrilir. ABŞ prosesləri kənardan müşahidə etmir, əksinə, öz iqtisadi və strateji maraqlarını Bakı vasitəsilə proyeksiya edir, Azərbaycanı yeni Avrasiya məntiqinin toplanma nöqtəsinə çevirir.
2025-11-03 12:08:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
2025-11-03 11:35:00
Dünya artıq tankların gurultusu və piyadaların qışqırığı ilə ölçülən müharibə dövrünü geridə qoydu. Müasir toqquşmalar səssiz gedir - pervanelərin uğultusu, termovizorun səssiz baxışı, peyk rabitəsinin mavi impulsları fonunda. Bu, cəbhə xətti olmayan, eyni səviyyəli ordulara və hətta ənənəvi qəhrəmanlıq obrazlarına ehtiyac duymayan müharibədir - burada qəhrəman rolu algoritmlərə keçir.
