Azərbaycan Şərqdən Qərbə könülləri
Siyasət 17 May 2025 10:00:00 71 0
Prezident İlham Əliyev may ayının 15-i Albaniyaya yola düşüb. O, Avropa Siyasi Birliyinin (ASB) 6-cı Zirvə toplantısında iştirak edib. Sözügedən tədbirdə 45 ölkənin dövlət başçısı, o cümlədən, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron, Paşinyan da olub. Tədbirdə qlobal və mühüm əhəmiyyətli məsələlər müzakirə edilib, ölkə başçıları arasında görüşlər baş tutub. Digər dövlət başçılarının İlham Əliyevə xoş və səmimi münasibəti diqqət çəkib. Bütün bunlar İlham Əliyevin artan nüfuzunun bariz nümunəsidir.
Bu xəbəri də oxu: İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb
Azərbaycan günü-gündən güclənir və demək olar ki, bütün ölkələr bunun fərqindədir. Ölkəmizin nüfuzunun artması birbaşa İlham Əliyevin uğurlu xarici siyasəti ilə bağlıdır. Onun keçirdiyi görüşlər, apardığı müzakirələr Azərbaycanı hər gün daha da zirvələrə aparır. Artıq xeyli ölkə Azərbaycanı etibarlı tərəfdaş, dost ölkə kimi tanıyır. Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ard-arda Bakıya səfər etməsi, Prezident İlham Əliyevlə keçirdikləri görüşlər də Azərbaycanın artan əhəmiyyətindən xəbər verir. İlham Əliyev Şərqdən Qərbə könülləri fəth edir desək, heç də mübaliğəli olmaz. Çünki, həqiqətən də, həm Şərq, həm də Qərb ölkələri ilə münasibətlərimiz yüksək səviyyədədir. Onun siyasəti nəticəsində ölkəmiz həm regional, həm də beynəlxalq səviyyədə güclü və sabit tərəfdaş imicini möhkəmləndirib.
Bir müddət əvvəl Aİ ilə münasibətlər yaxşı deyildi. Əvvəllər Azərbaycana qarşı bəzi hallarda qərəzli və haqsız yanaşmalar müşahidə edilirdi. Lakin Prezident İlham Əliyevin milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində bu neqativ meyillər aradan qaldırılıb və tərəflər arasında yeni qarşılıqlı anlayış formalaşıb. Yəni, Bakı geri çəkilmədi, əksinə, münasibətləri daha da sağlam hala gətirib. Aİ bu gün Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi görür və bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır.
Bu gün Azərbaycanla bağlı reallıqların dəyişməsini Avropa İttifaqı da anlayır. Məlum məsələdir ki, Azərbaycan həm enerji, həm nəqliyyat, həm də regional sabitlik baxımından Avropa üçün önəmli və etibarlı tərəfdaşa çevrilib. Çünki bu bölgədə - istər Cənubi Qafqazda, istər Mərkəzi Asiyada, istərsə də Yaxın Şərqə uzanan xətlərdə - Azərbaycanla işləmək daha səmərəli və etibarlıdır.
Son zamanlar Aİ-nin Azərbaycana münasibətində də bu dəyişiklik hiss olunur. Estoniyanın Baş naziri Kaya Kallasın Bakıya rəsmi səfəri, Aİ Şurasının keçmiş prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə telefon danışığı, Ursula fon der Lyayenin Koşta ilə birlikdə Prezidentlə görüşü - bütün bunlar Avropa İttifaqının Azərbaycana nə qədər ciddi yanaşdığını göstərir.
Bu kimi məqamlar deməyə əsas verir ki, Azərbaycan təkcə regionun deyil, artıq qlobal səhnənin də söz sahibi olan "orta güc" ölkələrindən birinə çevrilib. Xarici siyasətimizdəki balansın qorunması, Bir tərəfdən Çinlə strateji tərəfdaşlıqların qurulması, Mərkəzi Asiya və Yaxın Şərqlə əlaqələrin genişləndirilməsi, digər tərəfdən isə Aİ ilə münasibətlərin qarşılıqlı maraqlar əsasında aparılması buna nümunədir.
Bir vaxtlar Ermənistan Aİ ilə münasibətlərdə önə çıxmağa, özünü bölgənin əsas tərəfdaşı kimi göstərməyə çalışırdı. Aİ daxilində də bu yanaşıya dəstək verənlər tapılırdı. Amma Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bu planları nəticəsiz qoydu. Bu gün Azərbaycanla Aİ arasında münasibətlər normallaşıb, qarşılıqlı hörmət və etimada əsaslanır. Ermənistanın yaratmağa çalışdığı fərqli mənzərə isə artıq keçmişdə qalıb.
Prezidentin son səfəri çərçivəsində Avropa ölkələrinin liderləri ilə keçirdiyi hər bir görüş, hər bir təmas Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizlə əməkdaşlıq etmək istəyən tərəfdaşların sayının çox olduğunu göstərir.
Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təminatçısı kimi çıxış edən Azərbaycan regional çərçivəni aşaraq qlobal aktora çevrilməkdədir. Azərbaycan artıq öz sözünü deyən, mövqeyi hesaba alınan dövlətdir. Və bu reallığı nəinki regionda, elə Avropanın özündə də hər kəs görür və qəbul edir.
İslam Son.az
Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heyk

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinat�

Yay ayları təkcə günəş, dəniz və istirahət deyil, həm də yeni romanti

"Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin sülhə cid

Abşeron rayonu ərazisində tunelin tikintisi ilə əlaqədar yol bağlanır.

Hamiləlik dövründə sağlam qidalanma həm ana, həm də körpə üçün oldu

"Onlar kimi restoranlarda oturmuram, oxuyub evimə qayıdıram"

ABŞ-da aparılan araşdırma enerji içkilərindəki taurinin qan xərçəngin

Ətir seçimi sadəcə qoxu deyil. Bu, əhval-ruhiyyə, ilk təəssürat və ət

Yayda açıq havada vaxt keçirmək xoş olsa da, gənə təhlükəsini gözard�

Dünya ulduzu Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüse
