Elgünün anası danışdı: "Bazar günləri restoranda ofisiant işləyirdi" FOTO
Digərləri 16 May 2025 12:45:06 80 0
Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Bu xəbəri də oxu: Bakıda yeni bulvar salınacaq
Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatıSon.az xəbər verir ki, modern.az Elgün İbrahimovun anası Fizzə xanımla əlaqə saxlayıb.
O, oğlunun çox sakit təbiətli olduğunu bildirib.
"Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət.
Fizzə İbrahimova Elgünlə olan son söhbətindən də danışıb:
"Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib, informatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb, tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi, ona restoranda son zəng qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı. Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də son zəng ləğv edildi, bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm".
Qeyd edək ki, qətlə yetirilən Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbərə aid video
Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya açıqlama verib.

Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulaca

İsti havalarda avtomobil salonunu sərin saxlamaq çətindir, xüsusilə günə

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan i

Son günlər sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin gu

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəl

Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsm

Taksilərdə müştərilərin nəğdsiz ödəniş edə bilməsi üçün postterm
