Xalq artisti, həkimcərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO


Kriminal 15 May 2025 18:00:00 66 0

Xalq artisti, həkimcərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə açaraq unudulmaz tarzənin yaradıcılığından söz açıb, müasir tar ifaçılığında xidmətlərini vurğulayıb.  Bildirib ki, öz məktəbini yaratmış görkəmli tarzənin müstəsna xidmətlərindən biri də tar alətini solist kimi ön plana çıxarmağıdır.  Bununla da o, solo-virtuoz potensialını parlaq şəkildə göstərməyə nail olmuşdur.  Hacı Məmmədovun sənətkarlığının əsas xüsusiyyəti emosionallıq və virtuozluq kimi keyfiyyətlərin qovuşmasından ibarət idi. Tarzən eyni zamanda bəstəkar əsərlərinin mahir ifaçısı kimi tanınıb. Hacı Məmmədov tarın texniki və melodik imkanlarının genişliyini, zənginliyini öz ifalarında ustalıqla əks etdirib. Yubiley gecəsində ustad tarzənin ifalarından fraqmentlər təqdim edilib.  Eyni zamanda  Əməkdar artist, tarzən Sahib Paşazadənin Bursa Dövlət Bölgə Simfonik Orkestri ilə çıxışından bir hissə nümayiş olunub. Konsertdə  Hacı Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli konserti (Hacı Məmmədova həsr olunub)ifa olunub.

Yubiley gecəsində ustad tarzənin ifalarından fraqmentlər nümayiş olunub.  Xalq artistləri, tarzən Ramiz Quliyev və Vamiq Məmmədəliyev, son tələbələrindən olan tarzən Mirxalid Salayev çıxış edərək xatirələrini bölüşüblər, unudulmaz tarzənin həyat yolundan, tar ifaçılıq sənətimizin inkişafındakı xidmətlərindən danışıblar. Bədii hissədə Xalq artistləri Malik Mansurov, Elçin Həşimov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Vüsal İsgəndərzadə, tarzənlər Elman Sadıqov, Ayaz İmranov, Bəhruz Zeynal, Humay Qədimova, Mirhüseyn Əsədullayev gənc tarzən Mirnofəl Həsənov, xanəndələr Əməkdar artist Qoçaq Əsgərov və Abgül Mirzəliyev çıxış edib.

Tədbirdə tarzənin ailəsi adından nəvəsi Cahangir Məmmədov çıxış edərək babasının xatirə gecəsinin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri olan görkəmli tarzən  Hacı Məmmədov 28 aprel 1920-ci ildə Şamaxıda doğulub. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb. Görkəmli tarzən1963-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. İfasında "Orta Mahur", "Segah", "Çahargah", "Zabul", "Şur" muğamları, xalq musiqisi və bəstəkar əsərləri Azərbaycan Televiziya və Radiosunun Fondunda qorunub saxlanılır.  Unudulmaz tarzən Hacı Məmmədov 1981-ci il 2 avqustda vəfat edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

"ChatGPT"nin yeni modeli istifadəyə verildi  Bunlar mümkün olacaq like
  • 15 May 17:57  
Digərləri "ChatGPT"nin yeni modeli istifadəyə verildi Bunlar mümkün olacaq

"ChatGPT"nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli

arrow Ətraflı
"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb" like
  • 15 May 17:43  
Dünya "Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb"

"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb". 

arrow Ətraflı
Peyğəmbərə məktub yazdılar like
  • 15 May 17:34  
Digərləri Peyğəmbərə məktub yazdılar

İnsanlar bəzən ümidlərini göyə deyil, suyun dərinliklərinə yazırlar.

arrow Ətraflı
Azərbaycanda bu məhsulun satışı qadağan edildi like
  • 15 May 17:25  
Digərləri Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasit�

arrow Ətraflı
Barokko Musiqisi Axşamı baş tutub  FOTO like
  • 15 May 17:23  
Kriminal Barokko Musiqisi Axşamı baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Mayın son günləri 5 BÜRCƏ "dərman" olacaq  Şans qayıdır like
  • 15 May 17:14  
Digərləri Mayın son günləri 5 BÜRCƏ "dərman" olacaq Şans qayıdır

Astroloqlar yaxın gələcəkdə xüsusilə maliyyə sahəsində şanslı olacaq

arrow Ətraflı
Tiranada gələcəyə birgə addım  ASB Zirvəsi və Azərbaycan like
  • 15 May 17:00  
Siyasət Tiranada gələcəyə birgə addım ASB Zirvəsi və Azərbaycan

İlham Əliyevin Albaniyaya səfəri gözlənilir. O, Albaniyanın paytaxtı Ti

arrow Ətraflı
Türkiyədə 5.2 bal gücündə zəlzələ oldu like
  • 15 May 16:54  
Digərləri Türkiyədə 5.2 bal gücündə zəlzələ oldu

Konyanın Kulu rayonunda zəlzələ baş verib.

arrow Ətraflı
11ci siniflər direktora pul verib, məktəbə getmirlər  ŞOK FAKTLAR like
  • 15 May 16:48  
Digərləri 11ci siniflər direktora pul verib, məktəbə getmirlər ŞOK FAKTLAR

"Bu gün 10-11-ci sinif şagirdlərinin əksəriyyəti məktəbə getmirlə

arrow Ətraflı
Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim etdi like
  • 15 May 16:43  
Kriminal Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim etdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Opera Studiyasının s

arrow Ətraflı
Doğuş tanınmış müğənnini hönkürhönkür ağlatdı like
  • 15 May 16:39  
Şou-biznes Doğuş tanınmış müğənnini hönkürhönkür ağlatdı

Müğənni Leyla Rəhimova qonaq olduğu efirdə duyğusal anlar yaşayıb.

arrow Ətraflı
NASAdan 7 kiloluq ay daşı oğurladı  Sevgilisinə aparacaqmış... like
  • 15 May 16:25  
Dünya NASAdan 7 kiloluq ay daşı oğurladı Sevgilisinə aparacaqmış...

NASA-nın Conson Kosmik Mərkəzində təcrübə keçən Thad Roberts adlı təc

arrow Ətraflı
Sumqayıtda avtobus yük maşını ilə toqquşdu like
  • 15 May 16:16  
Digərləri Sumqayıtda avtobus yük maşını ilə toqquşdu

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük

arrow Ətraflı
AAF həftəsonu avtomobil həvəskarlarını bir araya toplayır like
  • 15 May 16:12  
Digərləri AAF həftəsonu avtomobil həvəskarlarını bir araya toplayır

Bu həftəsonu "Sürətin evolyusiyası" ilə daha da maraqlı olacaq.

arrow Ətraflı