Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
Digərləri 14 May 2025 20:26:00 89 0
Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru və müavininin rüşvət alması barədə iddialar yayılıb.
Bu xəbəri də oxu: Ritmlə dərs keçən müəllim: "10 il əvvəl dərs keçdiyim şagirdlər zəng edib deyirlər ki..."
Lent.az-a daxil olan məlumatda bildirilir ki, direktor və müavini qeyri-qanuni işlərlə - dərs saatlarının pul qarşılığında satılması, məktəbə gəlməyən şagirdlərin 1500-2000 manat dəyərində sözügedən şəxslərə pul verməsi və attestatların 20-30 manat qarşılığında təhsilalanlara verilməsi kimi işlərlə məşğuldurlar.
İddialara cavab almaq üçün Bakı Şəhər Təhsil İdarəsinə və məktəbə sorğu ünvanladıq.
Məktəbdən bildirildi ki, vəsait toplanması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
"Məktəbin nüfuzuna xələl gətirmək üçün yayılan böhtan xarakterli məlumatdır. Bu iddiaların məktəbdə çalışan zaman fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün əmək müqaviləsinə xitam verilmiş sabiq işçi tərəfindən yayıldığı düşünülür".
Bakı Şəhər Təhsil İdarəsinin cavabında isə qeyd olundu ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir:
"Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür".
Xatırladaq ki, bundan əvvəl Bakıda "Son zəng" tədbirləri üçün rüşvət yığılması barədə xəbərlər yayılıb. Son.az
ABŞ prezidenti Donald Tramp hərəkəti ilə müzakirələr yaradıb.

Əmanətlərin Sığortalanması Fonduna yenidən icraçı direktor təyin edil�

2009-cu ildə Halit Ergenç ilə evlənən Bergüzar Korel ailəsi və uşaqlar

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqal

Xəbər verdiyimiz kimi, mayın 10-da Qazaxda 2009-cu il təvəllüdlü Vaqif P�

Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl

Bakıxanov qəsəbəsində ticarət mərkəzindən gödəkçə oğurlayan şəxs

"Arzunuz ürəyinizdə qalacaq"

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanun

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı g�

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə
