20 faizini xəstələr özləri ödəyəcəklər VACİB DƏYİŞİKLİK
Digərləri 14 May 2025 11:16:04 76 0
Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən bəzi xidmətlərin qiyməti dəyişib.
Bu xəbəri də oxu: "Polis məni tapa bilməz" deyib dələduzluq etdi
Son.az xəbər verir ki, xidmət zərfinə daxil olan Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) xidmətlərinin ödənişində yeni qayda tətbiq edilib.
Nəticədə indiyədək tamamilə dövlət tərəfindən ödənilən KT və MRT müayinəsinin dəyərinin bir hissəsini xəstələr ödəməli olacaqlar.
Dəyişikliyə səbəb Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarıdır, bu qərara əsasən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib. Qaydaya əsasən KT və MRT xərcinin 20%-ni xəstələr özləri ödəyəcəklər. Qalan məbləği İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyəcək. Xatırladaq ki, indiyədək KT və MRT məbləğləri bütünlüklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilirdi. İndi isə bu xidmətlər müştərək maliyyələşməyə keçib, yəni onların dəyərinin bir hissəsinin ödənilməsi xəstələrin üzərinə qoyulub.
Məsələn, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manatlıq müayinədə xəstələr bu pulun 10 manatını, 120 manatlıq müayinədə isə 24 manatını və sair ödəyəcəklər. Müayinənin qiyməti 150 200 manat olduqda isə xəstələrin ödədiyi məbləğlər də müvaafiq olaraq 30-40 manat olacaq.
Qurumdan bildirildi ki, bu dəyişiklik bir neçə məqsədə xidmət edir. Əvvəla, vətəndaşlar yalnız həqiqətən ehtiyac olduğu hallarda mürəkkəb diaqnostik müayinələrə yönləndiriləcək. Bu qayda inkişaf etmiş ölkələrin səhiyyə sistemində də geniş şəkildə tətbiq edilir.
Asya Son.az
Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Zati-aliləri cə

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (&

Dilənçinin üzərindən 2 min manatdan çox pul çıxıb.

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasi

Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi.

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə k�

Heydər Əliyev Fondunun dəstəyi ilə IX "Muğam" Televiziya Müsabi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.

Təvazökar həyat tərzi ilə bütün dünyada tanınan, Uruqvayın keçmiş pr

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhərində

Bu gün Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elek

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif a

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat
