Sumqayıtda “Bayraktar” istehsal ediləcək
Digərləri 13 May 2025 12:16:26 101 0
"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Bu xəbəri də oxu: Səs yazısı yayılan direktor işdən çıxarıldı
Son.az xəbər verir ki, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.
Məlumata görə, şirkət sənaye parkının ərazisində "Pilotsuz uçuş aparatları istehsalı" layihəsini həyata keçirəcək.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin "Baykar" şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tuturdu.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə sənaye parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində sənaye parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 %, ixrac isə 17,2 % artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 %, ixracında isə 26,1 % təşkil edib.
Xəbər verdiyimiz kimi, müğənnilər Mənzurə Musayeva və Əlikram Bayramo

Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedi

Ötən gün Ağcabədidə şiddətli külək və yağış bəzi fəsadlara səb�

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun ci

Mayın 9-da Bakının Xətai rayonunda yerləşən 128 yaşlı tarixi binanın s

Filadelfiyalı məşhur reper LGP Qua 30 yaşında qətlə yetirilib.

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırıl

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüs�

Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlbetmə maddəsi ilə 6 cina

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adama "Axmat-Qroz

Bakının Səbail rayonu Mikayıl Hüseynov 14 küçəsində yerləşən binada

Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş g

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filolo
