Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz
Digərləri 12 May 2025 20:50:00 83 0
"Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə pensiya yaşına çatmasını gözləmədən də öz pensiyasından imtina edərək mərhum həyat yoldaşının pensiyasının alınmasına keçid edə bilər".
Bu xəbəri də oxu: 12 mayda Dolça Ay gərgin və hadisələrlə dolu həftə olacaq DİQQƏTLİ OLUN
Bu sözləri hüquqşünas Turan Abdullazadə "Referans"-a açıqlamasında deyib.
Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
"Azərbaycan Respublikasının qanununa əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur".
Hüquqşünas qeyd edib ki, dünyasını dəyişmiş ailə başçısının əmək pensiyası bir sıra səbəblərdən ailəsinin digər üzvlərinə verilə bilər.
"Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarının, 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar lakin ən çoxu 23 yaşına çatanadək, ata, ana, ər, arvad "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa bu hüquqdan istifadə edə bilər. Yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquqdan istifadə edə bilər".
Turan Abdullazadə son olaraq vurğulayıb ki, öz əmək pensiyasından imtina edərək həyat yoldaşının əmək pensiyasını almaq istəyən vətəndaş bunun üçün Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət edə bilər. Son.az
Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tər�

Böyük Britaniyanın Baş naziri Keir Starmerin evində yanğın baş verib.

İctimai nəqliyyat vasitələrindən ən çox istifadə olunanlardan biri - met

Xalq artisti Röya Ayxan aparıcı Zaur Baxşəliyevə səhnədən söz atıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazın

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisind�

Sovet və Rusiya aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.

"Komedixana"nın ulduzları təkcə səhnədəki yumorları və parlaq

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tikto

"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında s�

Son.az xarici mətbuata istinadla həftəlik bürc proqnozunu təqdim edir:

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Er

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşması

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

18:10 Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə mayın 12-
