Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox
Digərləri 11 May 2025 17:00:00 88 0
astma
Bu xəbəri də oxu: Sabah Bakıda 26° isti olacaq
Dünya üzrə 300 milyondan çox insana təsir edən xəstəliyi qadınlarda niyə daha çox müşahidə olunur?
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, genetik meyllilikdən tutmuş allerqik quruluşa qədər bir çox səbəbi Sinə Xəstəlikləri üzrə mütəxəssis Dr. Didem Özkan izah edib.
Dünya Astma günü münasibətilə açıqlama verən həkim nın qısa tərifini belə verib:
"Astma tənəffüs yollarında iltihab və daralma ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu dəyişikliklər nəfəs darlığına səbəb olaraq insanın gündəlik həyatını mənfi təsir edir".
Astmanın səbəbləri nələrdir?
Dr. Özkan qeyd edib ki, genetik və ətraf mühit faktorlarının birlikdə təsiri ilə yaranır.
Bu səbəblər arasında:
Genetik meyllilik
Allergenlərə məruz qalma
Siqaret tüstüsünə uzunmüddətli məruz qalma
Körpəlik və erkən uşaqlıq dövründə tənəffüs yolu infeksiyaları
Hava çirkliliyi
Toz və kimyəvi maddələrlə iş əlaqəli təmas
Piylənmə
Aşırı fiziki fəaliyyət
Stress
Soyuq hava
Reflü xəstəliyi
yer alır.
Qadınlar daha çox risk altındadır
"Astma hər yaşda və hər kəsdə görünə bilər", - deyən Dr. Özkan "Ailədə xəstəsi varsa, genetik risk artır. Allerqik rinit və ya ekzema kimi xəstəlikləri olanlarda da risk yüksəkdir. Qlobal olaraq 300 milyon, Türkiyədə isə 3-4 milyon arasında xəstəsi olduğu təxmin edilir. Xəstəlik böyüklərdə 6-12%, uşaqlarda isə 6-15% nisbətində görülür. Xüsusilə qız uşaqları və qadınlarda daha sıx rast gəlinir", - deyə əlavə edib.
Bahar və yayda artış müşahidə olunur
Dr. Özkan bildirib ki, bahar və yay aylarında müxtəlif allergenlərə məruz qalma astım əlamətlərini artırır. Qış aylarında baş verən infeksiyalar isə astım tutmalarını tətikləyə bilər.
Əlamətlərə diqqət edin!
Astımın əsas simptomları bunlardır:
Nəfəs darlığı
Gülərkən, danışarkən və ya fiziki fəaliyyət zamanı öskürək
Gecə tutma şəkilli öskürəklər
Xırıltılı nəfəs alma
Sinə sıxıntısı
Nəfəs alıb-vermə zamanı fit səsi
Baş gicəllənməsi
Danışmaqda çətinlik
Bu əlamətlərin təkrarlanması və keçməməsi halında mütləq mütəxəssisə müraciət edilməlidir.
Diaqnoz necə qoyulur?
Astmanın diaqnozunda xəstənin şikayətləri və tibbi tarixi əsas rol oynayır. Bununla yanaşı, fiziki müayinə, tənəffüs funksiyası testləri, ağciyər rentgeni və allergiya testləri də istifadə olunur.
Müalicə fərdiləşdirilməlidir
Müalicənin məqsədi əlamətləri və tutmaları azaltmaq və ağciyər funksiyasını yaxşılaşdırmaqdır. Astmanın ağırlıq dərəcəsinə görə müalicə fərqlənir və həkimlə birlikdə fərdi astım idarə planı hazırlanır.
İstifadə olunan dərmanlar:
Nəzarətçi dərmanlar:
İnhalyasiya edilən kortikosteroidlər (ICS)
Uzunmüddətli beta aqonistlər (LABA)
Anti-lökotrien dərmanlar
Bioloji müalicələr
Allergiyaya qarşı müalicələr
Xilasedici dərmanlar (tutma zamanı):
Qısa təsirli beta agonistlər (SABA)
Ağızdan qəbul edilən kortikosteroidlər
Astımdan necə qorunmalı?
Evdə allergenlə təmas azaldılmalı (xalça, yün yorğan, canlı güllər yığışdırılmalı)
Toz və nəmli mühitdən uzaq durulmalı
Bahar aylarında maskadan istifadə edilməli
Siqaret çəkmək və siqaret çəkilən yerlərdə olmaq olmaz
Hər payızda qrip peyvəndi olunmalıdır
Məşq tutmanı artırırsa, öncədən dərman istifadə olunmalıdır
Reflü varsa, müalicə edilməlidir
Astıma qarşı faydalı tövsiyələr
Mütəmadi fiziki fəaliyyət və nəfəs məşqləri
Bol maye qəbulu
Duzlu su ilə qarqara
İsti buxar nəfəsi alma
Zəncəfil və zərdəçal ilə bal qarışımı
Adaçayı və kəklikotu çayı (ölçülü şəkildə)
C vitamini və maqneziumla zəngin qidalar
Somon balığı kimi Omeqa-3 mənbələri
D vitamini ehtiva edən qidalar (süd, yumurta)
Beta karotenlə zəngin yerkökü və yaşıl yarpaqlı tərəvəzlər
Kalsium və proteinlə zəngin balanslı qidalanma
Hüseyn Son.az
"Kurtlar Vadisi" serialında "Cerrahpaşalıların bacısı"

Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real

Toyların birində qeydə alınan görüntü marağa səbəb olub.

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbə

Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təf

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gü

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji

"Vremya" verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı la

Müğənni Taleh Yahyayev sərt açıqlamalar verib.

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal

May 2025, bürclər üçün şad xəbərlərlə dolu bir ay olacaq. Xüsusilə b
