Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas sütunudur Sevil Mikayılova


Siyasət 10 May 2025 19:32:00 62 0

Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas sütunudur  Sevil Mikayılova

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf iqtiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli intibah dövrü kimi xarakterizə olunur. Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən parlaq və dahi şəxsiyyətidir. Siyasi liderin dövlətçilik fəaliyyəti, strateji baxışı və xalqına olan sarsılmaz sevgisi Azərbaycan Respublikasının müstəqil, güclü və sabit dövlətə çevrilməsində həlledici rol oynayıb.  Dövlət xadimi Heydər Əlirza oğlu Əliyev 1941-ci ildən etibarən təhlükəsizlik orqanlarında çalışaraq SSRİ dövlət aparatında mühüm vəzifələrdə çalışıb. 1969-cu ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilməsi ilə onun Azərbaycan rəhbərliyində mühüm rolu başlayıb. 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilərək SSRİ-nin ən yüksək hakimiyyət orqanlarından birinə daxil olub. Bu dövrdə o, həm Azərbaycana, həm də digər Sovet respublikalarına yardım və dəstək göstərmək üçün geniş imkanlar əldə edib. O, 1987-ci ildə SSRİ rəhbərliyində baş verən dəyişikliklərlə əlaqədar olaraq vəzifəsindən istefa verib. 1993-cü ildə isə xalqın təkidi ilə Heydər Əliyev Bakıya dəvət olunub və ölkənin Prezidenti seçilib. Ümummilli Lider bütün imkanları səfərbər edərək ölkəni xaosdan, anarxiyadan, parçalanıb məhv olmaqdan qoruyub. O, müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə sənayeləşmə, təhsil, mədəniyyət və şəhərsalma sahələrində böyük irəliləyişlər əldə olunub. Onun təşəbbüsü ilə yüzlərlə zavod, fabrik, məktəb və mədəniyyət ocaqları inşa olunub. Ən əsası isə, azərbaycanlıların SSRİ-nin rəhbər strukturlarında təmsil olunmasına nail olub. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulub. Həmçinin, XX əsrin sonlarından etibarən azərbaycançılıq ideyasının sistemli şəkildə dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılığı yalnız bir ideya kimi deyil, eyni zamanda dövlət siyasətinin əsas istiqaməti kimi qəbul edib, bu anlayışı ölkənin daxili və xarici siyasətində əsas dayaq nöqtəsinə çevirib. Ümummili Lider siyasi fəaliyyətinin bütün mərhələlərində azərbaycançılıq ideyasına böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycançılıq bizim milli fəlsəfəmizdir. Əlbəttə ki, bu ideya milli həmrəylik, vətənə sədaqət, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması kimi prinsiplərə əsaslanır. Eyni zamanda, Azərbaycanda yaşayan müxtəlif etnik və dini qrupların vahid dövlətçiliyə sadiqliyini təşviq edən amildir. Fenomen şəxsiyyətin zamanı dərk və iti qərar qəbul etmək qabiliyyəti bir xalqın taleyini dəyişdi, dövləti və dövlətçiliyi aydın yola çıxardı. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təhsil sistemində Azərbaycan tarixi və mədəniyyətinə dair fənlərin mövqeyi gücləndirildi, dövlət dili kimi Azərbaycan dilinin statusu möhkəmləndirilib.  Şübhəsiz, Azərbaycanda fikir plüralizminin və söz azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik prinsiplərin gücləndirilməsinə yönəlmiş siyasətinin əsas prioritetlərindən biri idi. Milli mətbuatın məhz demokratik təməllərə əsaslanaraq inkişafı, gənc müstəqil Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirərək, dünyəvi dəyərlərə inteqrasiyasını sürətləndirdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və qayğı ilə yanaşırdı.  Əlbəttə ki, azərbaycançılıq məfkurəsinin yaradılması və dövlət ideologiyasına çevrilməsi Heydər Əliyevin həyata keçirdiyi strateji dövlət quruculuğu siyasətinin ən əsas və ayrılmaz tərkib hissələrindən biri olub. Bu məfkurə onun rəhbərliyi ilə ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks islahatların ideoloji əsası kimi çıxış etmiş, Azərbaycanın müstəqil, sabit və güclü dövlətə çevrilməsində həlledici rol oynamışdır. Həmçinin, Azərbaycanda fikir plüralizminin və söz azadlığının təşviqi və inkişafı Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi demokratik cəmiyyət quruculuğu siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. O, müxtəlif düşüncə və baxışların sərbəst şəkildə ifadə olunmasını, fərqli ictimai və siyasi mövqelərin cəmiyyətdə özünə yer tapmasını demokratik inkişafın fundamental şərti kimi qiymətləndirib. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə daha geniş imkanlar yaradılmış, senzura ləğv olunmuş, jurnalistlərin və vətəndaş cəmiyyətinin institutlarının inkişafına şərait formalaşdırılmışdı. Bu siyasət nəticəsində cəmiyyətdə sağlam tənqid mühiti, açıq dialoq və ictimai diskussiyalara şərait yaranmış, bu isə demokratik dəyərlərin möhkəmlənməsində və hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında və, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir.  Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyev üçün Azərbaycanın gələcəyi məhz gənclərlə bağlı idi. Onun siyasi kursunun ən önəmli istiqamətlərindən biri gənclərin inkişafı, təhsili, vətənpərvər ruhda yetişdirilməsi və cəmiyyətin fəal

Türkiyəni cəhənnəmə çevirərik! like
  • 10 May 19:20  
Dünya Türkiyəni cəhənnəmə çevirərik!

Hindistanın Baş naziri Narendra Modinin yaxın komandirlərindən biri olan t�

arrow Ətraflı
Paşinyan Şuşa ilə bağlı əmr verdi – “Qadağandır!” like
  • 10 May 19:00  
Siyasət Paşinyan Şuşa ilə bağlı əmr verdi – “Qadağandır!”

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci ildir ki, 9 May - Faşi

arrow Ətraflı
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu like
  • 10 May 18:46  
Dünya Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu

Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.

arrow Ətraflı
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm də milli ruh salnaməsidir like
  • 10 May 18:24  
Siyasət Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm də milli ruh salnaməsidir

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlər

arrow Ətraflı
Tolik qızının VİDEOsunu paylaşdı like
  • 10 May 18:24  
Şou-biznes Tolik qızının VİDEOsunu paylaşdı

Ötən günlərdə ata olduğunu açıqlayan aparıcı Tarix Əliyev qızı ilə

arrow Ətraflı
Prezident: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər like
  • 10 May 18:18  
Siyasət Prezident: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər

Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən k

arrow Ətraflı
Şəkidə ağır qəza  Xəsarət alanlar var like
  • 10 May 18:11  
Digərləri Şəkidə ağır qəza Xəsarət alanlar var

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Mingəçevirdə yasyasa qarışdı like
  • 10 May 17:59  
Digərləri Mingəçevirdə yasyasa qarışdı

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.

arrow Ətraflı
"Nazir mənə nə qədər ərzaq gətirdi" like
  • 10 May 17:51  
Şou-biznes "Nazir mənə nə qədər ərzaq gətirdi"

"Evimdə çörək yeyən, ssenari yaan yaxın dostlarım bir dəfə məni a

arrow Ətraflı
AMEAnın həyətində yeni çayxana  Ekspertlər narazıdır, Akademiya susur like
  • 10 May 17:42  
Digərləri AMEAnın həyətində yeni çayxana Ekspertlər narazıdır, Akademiya susur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində yeni çayxana tik

arrow Ətraflı
Tanınmış şair vəfat etdi like
  • 10 May 17:38  
Digərləri Tanınmış şair vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə

arrow Ətraflı
Daha bir körpə öldü  RƏSMİ like
  • 10 May 17:33  
Digərləri Daha bir körpə öldü RƏSMİ

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəf

arrow Ətraflı