MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub FOTO
Digərləri 10 May 2025 10:03:00 78 0
İtaliyanın paytaxtı Romadakı məşhur "MAXXI" XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.
Bu xəbəri də oxu: İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı VİDEO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
MAMA "Ana təbiət" incəsənət layihəsi debütünü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində edib. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə ilk olaraq Bəhreyndəki təqdimatla səyahətə başlayıb. Bəhreyndən sonra Romada təqdim edilən layihə müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının nümayişidir.
MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.
Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.
MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi Romanın "MAXXI" XXI Əsrin Milli İncəsənət Muzeyində mayın 14-dək davam edəcək.
Vatikanda keçirilən konklavın üçüncü turunda, Papa Fransiskin vəfatında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "Ko

Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd münaqişə

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 1

Bakı qəsəbələrinin ucuz bazarları... Hətta bu bazara digər qəsəbələr

Əməkdar artist Nüşabə Ələsgərli efirdə kövrəlib.

Rusiya nasistləri yenidən darmadağın etməyə hazırdır, çünki onun arxas

Bəzən həyat yol ayrıcında dayanır, səni yollardan birini seçməyə məcb

Əməkdar artist Vasif Məhərrəmli bağını satıb.

Xalq artisti Şükufə Musayeva "AStar" verilişində qonaq olub.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
