Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib FOTO
Digərləri 09 May 2025 12:02:00 93 0
Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu xəbəri də oxu: “Şəki” restoranı sökülür
Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, sədr Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb. Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətə çatdırıb.
Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş "Böyük sənət hamisi" sənədli filmindən bir hissə və "Heydər Əliyev və diaspor quruculuğu" adlı videoçarx nümayiş olunub.
Xalq rəssamı Ömər Eldarovun tələbəsi, heykəltəraş, kinorejissor Namiq Hüseynov "Heydər Əliyev: milli-mənəvi dəyərlərin hamisi" mövzusunda çıxış edib. Ulu Öndərin yalnız siyasi lider deyil, həm də xalqın mədəniyyətini, ənənələrini və dəyərlərini qorumağa və inkişaf etdirməyə çalışan bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. Heykəltəraş dahi lider Heydər Əliyevin büstünü komitəyə hədiyyə edib.
Daha sonra Komitənin gənc əməkdaşları, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək" İctimai Birliyinin sədri Mariya Atanasova-Hüseynova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərini qeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağını söyləyiblər.
Tanınmış müğənni Nadir Qafarzadə haqqında şok iddia səslənib.

Artıq "WhatsApp"da status paylaşımlarına musiqi əlavə etmək mü

Yeni Papa 14. Leonun keçmiş paylaşımları üzə çıxıb.

Mətanət İsgəndərlinin konsertində görüntülər lentə alınıb.

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Xəbər verdiyimiz kimi, bir sıra dövlət başçıları 9 May - Qələbə Gü

Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Az

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri F

Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.

Rusiya Prezidenti Vladimir Putin Kremlin sarayında 9 May - Qələbə Günü mü

Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi

Müğənni Aysun İsmayılovanın başına iş gəlib.

Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram
