"Kim qalib gəldi?" yox, "Kim sağ qaldı?" sualına cavab MÜHARİBƏ OLACAQ?
Siyasət 09 May 2025 07:35:00 88 0
Son zamanlar beynəlxalq medianın diqqəti yenidən Hindistanla Pakistan arasındakı gərginliyə yönəlib. Tarixən bir-birinə düşmən münasibəti bəsləyən bu iki qonşu ölkənin diplomatik çıxışlarında və hərbi ritorikasında artan sərtlik bölgədə və dünyada narahatlıq doğurur.
Bu xəbəri də oxu: Prezident “Azərişıq” ASCnin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
Bəs Hindistan-Pakistan arasında şiddətli müharibə olacaq yoxsa sadəcə səs-küydür?
Son.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu kimi gərginliklər təkcə regional deyil, qlobal təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji tarazlıq baxımından da ciddi nəticələr doğura bilər:
"Əgər bu iki nüvə ölkəsi birbaşa silahlı qarşıdurmaya girsə, nəticələri təkcə Asiya ilə məhdudlaşmayacaq. Dünyanın ərzaq təminatında ciddi böhran yaşana bilər. Havanın çirklənməsi qlobal iqlimə təsir göstərər, məhsul bolluğu azalar, aclıq və yoxsulluq daha da dərinləşər. Regionun valyutaları dəyər itirər, sərmayələr sürətlə geri çəkilər. Yəni iqtisadi sistem ciddi sarsıntı keçirər. Bununla yanaşı, geosiyasi aspektdən də bu qarşıdurmanın dalğaları Cənubi Qafqazda hiss olunar. Silah balansında dəyişikliklər baş verər, regional layihələr gecikər, diplomatik müzakirələr daha mürəkkəb mərhələyə keçər".
Ekspert qeyd edir ki, bu ssenari gerçəkləşməyəcək. Çünki bu cür müharibə vəziyyəti baş versə, "qalib kim oldu?" deyil, "neçə nəfər sağ qaldı?" sualı əsas sual olacaq. Heç bir beynəlxalq güc bu cür riskli vəziyyətə maraqlı deyil. Ərzaq böhranı, enerji sahəsində dalğalanmalar, maliyyə bazarlarında çöküş və beynəlxalq siyasətdə domino effekti bunların heç biri dünya üçün məqbul deyil:
"Bu səbəbdən hesab edirəm ki, baş verənlər daha çox səs-küylə aparılan diplomatiyadır. Müasir dövrdə savaşlar birbaşa güllə ilə deyil, iqtisadi və informasiya alətləri ilə aparılır. Kimin gücü silahda çoxdursa, qorxu yaradaraq üstünlük qazanmağa çalışır, kimin təsiri bazarlarda böyükdürsə, o, ayaqda qalır".
Aysel Əkbər Son.az
Hər il məktəblərdə keçirilən məzun mərasimi şagirdlər üçün həm se

Tədqiqatçılar müəyyən ediblər ki, yeni tikili mənzillərin sakinləri te

Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Ba

Tarix boyu sağlamlığın simvolu sayılan bəhməz bu gün özünə güclü b

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp partiyə qatılıb.

Bəzi bürclər deyilənləri deyil, hiss etdiklərini əsas götürür və bu d

Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağcı yüksək vəzifəyə t

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov özünə yeni

Çimərlikdən hissələrə ayrılmış qadın meyiti tapılıb.

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər

Müğənni Aysun İsmayılova Moskvadan Bakıya qayıda bilməyib.

Əməkdar artist Rəşad İlyasov 83 yaşlı Xalq artisti, məşhur diktor Roza

"Biohacking atası" kimi tanınan Dave Asprey gecə saatlarında daha

31 yaşında faciəvi şəkildə ölən "One Direction" qrupunun keçm
