Azərbaycanda nazirlik işçisinə 14 bıçaq zərbəsi vuruldu
Digərləri 07 May 2025 10:16:00 94 0
Ağcabədidə ata və iki oğlu nazirlik əməkdaşını ölümcül şəkildə döyüb. Həmin şəxslərdən biri nazirlik işçisinə 14 bıçaq zərbəsi vurub.
Bu xəbəri də oxu: Genlərə əl dəymədən müdaxilə: Yeni dövrün biotexnologiyası
Son.az xəbər verir ki, Fərhad Bəşirov oğlanları Səlim və Vüsal hakim qarşısına çıxarılıblar. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın adlı şəxsi döyüblər.
Məlumata görə, hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.
Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də, onlar arasında bir neçə dəfə mübahisə yaşanıb.
Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.
Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Onu maşından düşürərək döyüblər.
Hadisə zamanı Daşqının olduğu maşın nazirliyə məxsus olub. Maşına 500 manatdan çox ziyan dəyib.
İttihama görə, dava zamanı Vüsal cibindən bıçaq çıxararaq Daşqına 14 zərbə endirib.
İstintaq orqanı Vüsala qəsdən adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə ittiham irəli sürüb. Qardaşı və atası isə xuliqanlıqda təqsirli bilinib.
Vüsal 12 il azadlıqdan məhrum edilib. Atası və qardaşı barəsində isə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib./musavat.com
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens

Pakistan Hindistanın raket hücumlarına cavab verdi: Beş qırıcı təyyarə

Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Müğənni Afət Fərmanqızı ilə Aşıq Mübariz arasında qalmaqal yaşanıb

Astroloqlar 2025-ci ilin mayında bürcün beş əlaməti üçün mühüm dəyi�

Bakıda sürücü qırmızı işıqda keçərək qəza törədib. Nəticədə av

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ilə bağlı aç

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Xüsusilə

Çin texnologiya şirkəti "Unitree" tərəfindən hazırlanan "H

Alça yaz-yay aylarının əvəzolunmaz meyvələrindəndir. Bu meyvə daha çox

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə z�

Ali təhsilin bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa maraqlı görüntüləri

Neftçala rayonu, Aşağı Surra kənd tam orta məktəbindən 7 nəfər Respubl
