Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər


Siyasət 06 May 2025 19:30:00 93 0

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 6-da davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman müraciət edərək 2025-ci il 6 fevral tarixli iclasın protokolu ilə tanış olduqları zaman məhkəmə kollegiyasına etiraz etmək üçün əsaslar müəyyənləşdirdiklərini bildirib. Müdafiəçi qeyd edib ki, məhkəmə iclas protokolunda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməyib və bu, bizdə məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olmayacağı barədə əsaslı şübhələr doğurur. Ona görə də vəkil məhkəmə kollegiyasına etiraz edib.

Təqsirləndirilən Ruben Vardanyan etirazı müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. O, həmçinin vurğulayıb ki, müdafiə tərəfi eyni qaydadan, eyni üsuldan istifadə etməklə qeyri-müəyyən səbəbdən verdiyi etirazlarla məhkəmə prosesinin uzadılmasına nail olmaq istəyir.

Qeyd olunanlar nəzərə alınmaqla Vüsal Əliyev etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib.

Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmiş Mahir Hüseynov deyib ki, o, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçıları Fuad Musayev və Təranə Məmmədovanın suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt erməni hərbçilər mövqelərimizi mütəmadi olaraq atəşə tutub, eyni zamanda, ərazilərimizi minalayıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam edib. Bəzən həmin minalar təminat yollarında aşkarlanıb.

Digər zərərçəkmiş şəxs Mədət Rzayev Laçın rayonunda xidməti fəaliyyətini icra edən zaman ağır xəsarət aldığını diqqətə çatdırıb. "Biz yüksəkliyin arxasında olduğumuz üçün onları tam görə bilmirdik. Amma onlar ağır artilleriyadan istifadə edərək bizim təminat yollarımızı vururdular", - deyə o əlavə edib.

Zərərçəkmiş Mehman Həsənov Ağdamın Mollalar kəndində yaralandığını bildirib. O, ifadəsində qeyd edib ki, həmin gün kənd ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işləri ilə məşğul imiş. Bu zaman atəş səsləri eşidib. Təxminən 80 metr aralıya düşmüş mərmi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər alıb. Ətrafda olan insanların köməyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Zərərçəkmiş Seymur Qarayev deyib ki, Ağdamın Papravənd kəndi istiqamətindən Ağdərə rayonunun Canyataq kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin onun yaxınlığına düşərək partlaması nəticəsində kəllə-beyin travması alıb.

Zərərçəkmiş Sadiq Baxiyev ifadəsində Ermənistan hərbçilərinin növbəti təxribatı nəticəsində ağır xəsarət alığını bildirib. Həmin hadisə nəticəsində onunla birlikdə olan hərbçi yoldaşları şəhid olub və ya yaralanıb. O deyib ki, özü düşmənin snayperlə açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs qismində tanınan Cəsarət Həsənzadə ifadəsində diqqətə çatdırıb ki, Ağdərə rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış "FAQOT" tipli tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanındakı xidmət yoldaşı - gizir Akif Koroğluyev xəsarətlər alıblar.

"Yaralandığım vaxt və həmin ərazidə, həmçinin digər xidmət yoldaşlarım - əsgərlər Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, qrup komandiri Füzuli Məmmədov isə şəhid olub", - deyə o əlavə edib.

Zərərçəkmiş Həsən Quliyev qeyd edib ki, Ağdamın Sırxavənd kəndi istiqamətində yaralanıb. O, kəllə-beyin travması və ayağından xəsarət alıb.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az 


Xəbərə aid video

Moskvadakı paradda bu ölkələr iştirak edəcək like
  • 06 May 19:13  
Digərləri Moskvadakı paradda bu ölkələr iştirak edəcək

Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə

arrow Ətraflı
Prezident: Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir like
  • 06 May 18:47  
Siyasət Prezident: Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əh

arrow Ətraflı
İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib like
  • 06 May 18:43  
Siyasət İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respub

arrow Ətraflı
Almaniyada yeni Kansler seçildi like
  • 06 May 18:21  
Dünya Almaniyada yeni Kansler seçildi

Fridrix Merz Almaniya Kansleri seçilib.

arrow Ətraflı
Oleq Bakinski ev dustaqlığına buraxıldı like
  • 06 May 18:10  
Digərləri Oleq Bakinski ev dustaqlığına buraxıldı

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dusta

arrow Ətraflı
Maskasız 4 bürc  Onların içi də çölü də birdir like
  • 06 May 18:00  
Digərləri Maskasız 4 bürc Onların içi də çölü də birdir

Dostluq deyiləndə ağıla gələn 4 bürc: Güvən verirlər!

arrow Ətraflı
Rusiyada bu tarixdən internetə giriş mümkün olmayacaq like
  • 06 May 17:59  
Digərləri Rusiyada bu tarixdən internetə giriş mümkün olmayacaq

Moskvada 7-9 may tarixlərində keçiriləcək bayram tədbirləri zamanı inter

arrow Ətraflı
Tanınmış aparıcıya qarşı cinayət işi açıldı  FOTO like
  • 06 May 17:52  
Şou-biznes Tanınmış aparıcıya qarşı cinayət işi açıldı FOTO

Tanınmış xəbər aparıcısı Ece Ünerə qarşı "dövlətin məhkəmə

arrow Ətraflı
Bakıda yaşayış binası yanır like
  • 06 May 17:45  
Digərləri Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binasında yanğın başlayıb.

arrow Ətraflı
Kartınızda pul varsa, hədəfdəsiniz like
  • 06 May 17:40  
Digərləri Kartınızda pul varsa, hədəfdəsiniz

Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün b�

arrow Ətraflı
Ramzan Kadırov vəzifədən gedir like
  • 06 May 17:31  
Dünya Ramzan Kadırov vəzifədən gedir

Çeçenistan rəhbəri Ramzan Kadırov vəzifəsini tərk etmək niyyətindədir

arrow Ətraflı
"Ən bahalı hədiyyəmin qiyməti 50.000 manat olub" like
  • 06 May 17:23  
Şou-biznes "Ən bahalı hədiyyəmin qiyməti 50.000 manat olub"

Müğənni Şəbnəm Tovuzlu etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb like
  • 06 May 17:19  
Siyasət Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" peşə bayram�

arrow Ətraflı