Qala gecəsinə qalmaqallı geyimdə gəldi Alt paltarında görün kimin şəkli var FOTO
Digərləri 06 May 2025 14:42:00 87 0
Liza adı ilə tanınan aktrisa Lalisa Manobal "Met Gala" tədbirindəki geyimi ilə diqqət çəkib.
Bu xəbəri də oxu: Pensiya ilə bağlı vacib xəbər bu yaşdan...
Son.az nypost-a istinadla xəbər verir ki, Taylandlı müğənni, rəqqasə və reper Liza "Met Gala" tədbirindəki geyiminə görə günün ən çox müzakirə olunan şəxsinə çevrilib.
Cənubi Koreyanın məşhur "Blackpink" qızlar qrupunun üzvü olan 28 yaşlı müğənni "Louis Vuitton" brendinin hazırladığı geyimə görə tənqid hədəfi olub.
Lisa məşhur dəvət gecəsində alt paltarsız görüntü verən geyimi ilə gündəmə gəlib. Lakin qalmaqalın əsas səbəbi onun açıq-saçıq geyimi yox, alt-paltarında Rosa Parksın şəklinin olmasıdır.
İstifadəçilər Lisanın geyimini "hörmətsizlik" adlandırıb, bəziləri isə ifaçının daha əvvəl irqçi ifadələr işlədiyi barədə yayılan görüntüləri xatırladaraq, "üzr istəmədən indi də belə biabırçılıq edir" deyə sərt tənqid ediblər. Hətta Lisanın geyimi tədbirin "ən zövqsüz görünüşü" kimi qiymətləndirilib.
Məsələ böyüyəndən sonra Louis Vuitton markasından açıqlama verilib. Bildirilib ki, geyim amerikalı rəssam Henri Teylorun əsəridir və üzərindəki şəkillər onun həyatına təsir edən şəxslərə aiddir.
Qeyd edək ki, 1913-cü ildə ABŞ-nin Alabama ştatının Tuskegee şəhərində doğulan Rosa Parks məşhur Afroamerikalı hüquq müdafiəçisi və vətəndaş hüquqları fəallarından biridir. O, 1 dekabr 1955-ci ildə Montgomery şəhərindəki avtobusda ağdərili şəxsin oturması üçün yerini verməkdən imtina etdiyi üçün tarixə düşüb. Bu hadisə ABŞ-da irqi ayrı-seçkiliyə qarşı mübarizənin başlanğıcını qoyan mühüm an olub. Rosa Parksın bu cəsarətli addımı "Montgomery avtobus boykotu"nu təşkil edən və ölkə boyunca irqi bərabərlik üçün mübarizə aparan hərəkatın başlıca təkanvericisi olub. Bu boykot Amerika Birləşmiş Ştatlarında irqi bərabərlik uğrunda aparılan mübarizənin ən mühüm hadisələrindən biri sayılır. Rosa Parks, həyatını irqi bərabərlik və hüquqlar uğrunda mübarizəyə həsr edib və bir çox mükafat və təltiflər alıb. O, 2005-ci ildə, 92 yaşında vəfat edib.
İsmayıl Son.az
Süni intellekt texnologiyalarının gündəlik həyatımıza sürətlə daxil o

Parisdə yaz qoxusu duyulur, amma bu yalnız Yelisey meydanında çiçək açan

Meyxanaçı-müğənni Samirə Yusifqızının qızı Fərəh ağır əməliyya

Yaz aylarının yaxınlaşması ilə birlikdə, dondurma sevənlərin sayının

Okeanlar, həyatla dolu olan geniş ərazilərdir və burada bir çox təhlükə

"Bizimləsən" verilişinə üz tutan şəxsin "Dnt" testini

Müharibə şəraitində bir çox faktor qalibiyyətin və məğlubiyyətin mü�

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksa

Müasir dövrdə ölkələrin iqtisadi inkişafında xidmət sektorunun, xüsusi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Resp

Zonguldakda 92 yaşlı Şerife Ay adlı qadın qəfil başlayan şiddətli qarı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ümid etdiyini bildirib ki,
