Məhkəmədə Sarkisyanın və Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub


Siyasət 05 May 2025 14:19:00 85 0

Məhkəmədə Sarkisyanın və Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahli qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünür.

Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlib.

Videogörüntülərdə Monte Melkonyan S.Sarkisyana məruzə edir. S.Sarkisyan ona "Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir" - deyir.

Videomaterialda daha sonra əraziyə baxış keçirilir, S.Sarkisyan D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.

Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır.

Vidematerialda daha sonra Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir.

Məhkəmədə nümayiş etdirilmiş vidematerialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıb.

D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib. O, daha sonra bildirib: "Gəlmişdilər mənim taboruma. Taborun mövqələrindəki vəziyyətlə tanış olurdular".

O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: "Serj Sarkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi - red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır? like
  • 05 May 14:15  
Digərləri Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanın�

arrow Ətraflı
Müəllimlərin nəzərinə  Tiktokda müsabiqə başlayır like
  • 05 May 14:14  
Digərləri Müəllimlərin nəzərinə Tiktokda müsabiqə başlayır

#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə m

arrow Ətraflı
Paşinyan Moskvaya körpü salmağa gedir like
  • 05 May 13:55  
Siyasət Paşinyan Moskvaya körpü salmağa gedir

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı

arrow Ətraflı
"Ağşəhər” və NZSdə metro olacaq like
  • 05 May 13:48  
Digərləri "Ağşəhər” və NZSdə metro olacaq

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim

arrow Ətraflı
Tramp bu dəfə də film qəhrəmanı oldu  FOTO like
  • 05 May 13:30  
Dünya Tramp bu dəfə də film qəhrəmanı oldu FOTO

Ağ Evin "X"dəki rəsmi hesabı prezident Donald Trampın "Ulduz

arrow Ətraflı
Maşınla "AZZA"ya girdi like
  • 05 May 13:18  
Digərləri Maşınla "AZZA"ya girdi

Bakıda avtomobil "AZZA" mağazasına çırpılıb. 

arrow Ətraflı
Sakinlər şikayət etdi  Avtobusun əvəzinə "Qazel" verdilər like
  • 05 May 13:05  
Digərləri Sakinlər şikayət etdi Avtobusun əvəzinə "Qazel" verdilər

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığ�

arrow Ətraflı
Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım" like
  • 05 May 12:47  
Şou-biznes Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım"

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqq�

arrow Ətraflı
İsrail Türkiyəyə qarşı: Suriyanın cənubu uğrunda gizli savaş like
  • 05 May 12:40  
Siyasət İsrail Türkiyəyə qarşı: Suriyanın cənubu uğrunda gizli savaş

Suriya artıq uzun müddətdir ki, öz faciəsində müstəqil aktor olma status

arrow Ətraflı
Prezident bu məscidin təmirinə pul ayırdı  SƏRƏNCAM like
  • 05 May 12:35  
Siyasət Prezident bu məscidin təmirinə pul ayırdı SƏRƏNCAM

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məsci

arrow Ətraflı
Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı like
  • 05 May 12:24  
Digərləri Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa ç

arrow Ətraflı
Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib like
  • 05 May 12:22  
Siyasət Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan

arrow Ətraflı
Rusiyada bu hava limanı bağlandı like
  • 05 May 12:05  
Dünya Rusiyada bu hava limanı bağlandı

Ukraynadan pilotsuz təyyarənin hücumundan sonra Moskva aeroportu bağlanıb

arrow Ətraflı
14:00dan işıq kəsiləcək like
  • 05 May 11:58  
Digərləri 14:00dan işıq kəsiləcək

Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin ver

arrow Ətraflı
Tramp dünyanın ən qorxunc həbsxanasını yenidən açdırır  FOTO like
  • 05 May 11:54  
Dünya Tramp dünyanın ən qorxunc həbsxanasını yenidən açdırır FOTO

ABŞ Prezidenti Donald Tramp San-Fransiskodakı Alkatras həbsxanasının yenid�

arrow Ətraflı