Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı


Digərləri 03 May 2025 23:13:00 89 0

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti yeni regional sənəd qəbulu mərkəzlərində 30 may 2025-ci il tarixinədək uzadılıb. Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 30 may tarixədək uzadıldı. Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə, Kürdəmir, Masallı, Beyləqan, Goranboy, Bərdə və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) və "q" bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir. Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar. Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər. Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir. Tələb olunan sənədlər: - kursa qəbul olunmaq barədə ərizə; - anket forması; - tərcümeyi-hal (1 nüsxədə); - təhsil haqqında sənədin surəti (1 nüsxədə); - doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); - yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə); - əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); - şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); - sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə); - nikah haqqında şəhadətnamənin surəti (evli olduqda,  1 nüsxədə); - həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); - rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm); - hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə); - psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. İmtiyazlar: Kurs müddətində - əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı. Xidmət müddətində - kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi; - xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi; - il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı; - ailə üzvləri üçün güzəştli tibbi təminat; - güzəştli ipoteka krediti;  - Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması; - karyerada inkişaf. Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur. Əlaqə məlumatları: Telefon: (012) 404-18-45 Çağrı mərkəzi: *0811 Son.az

"O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik" like
  • 03 May 23:08  
Şou-biznes "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Müğənni Rüfət Axundov son günlər gündəmdə olan məclisdə sənət adam

arrow Ətraflı
Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş – İlk 1 saat... like
  • 03 May 22:53  
Digərləri Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş – İlk 1 saat...

Hər gün onlarla şəxsin bank kartlarından vəsaitləri oğurlanır. Hələli

arrow Ətraflı
Çingiz Əhmədovun ölüm xəbəri yayıldı like
  • 03 May 22:40  
Şou-biznes Çingiz Əhmədovun ölüm xəbəri yayıldı

Əməkdar artist Çingiz Əhmədov bir müddət əvvəl yayılan ölüm xəbəri

arrow Ətraflı
Patriarx Kirill Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordenini təqdim edib like
  • 03 May 22:36  
Siyasət Patriarx Kirill Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordenini təqdim edib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I

arrow Ətraflı
Bakı niyə Qafqazın “Kiçik LasVeqas”ı olmasın? like
  • 03 May 22:00  
Digərləri Bakı niyə Qafqazın “Kiçik LasVeqas”ı olmasın?

Gürcüstanda turizmin inkişafinda böyük rol oynayan sahələr arasında kazi

arrow Ətraflı
Pezeşkian “Traktor”un qələbəsini ailəsi ilə qeyd etdi like
  • 03 May 21:45  
Digərləri Pezeşkian “Traktor”un qələbəsini ailəsi ilə qeyd etdi

İran Prezidenti Məsud Pezeşkian və ailəsi Cənubi Azərbaycanın "Trak

arrow Ətraflı
Netanyahu Azərbaycana səfərini təxirə salıb like
  • 03 May 21:34  
Siyasət Netanyahu Azərbaycana səfərini təxirə salıb

İsrailin baş naziri Binyamin Netanyahu Azırbaycana səfərini təxirə salmaq

arrow Ətraflı
Müjde Arı canlandıracaq  FOTO like
  • 03 May 21:27  
Şou-biznes Müjde Arı canlandıracaq FOTO

Yeşilçam'ın unudulmaz aktrisalarından Adilə Naşidin həyatı filmə ç

arrow Ətraflı
Şahzadə məhkəməni uduzdu like
  • 03 May 21:13  
Dünya Şahzadə məhkəməni uduzdu

Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri kral ailəsi

arrow Ətraflı
Niyə taksilərdə POSterminal quraşdırılmır? like
  • 03 May 20:45  
Digərləri Niyə taksilərdə POSterminal quraşdırılmır?

Son illərdə Azərbaycanda taksilərlə bağlı müəyyən dəyişikliklər ol

arrow Ətraflı
Yenə boşana bilmədilər... like
  • 03 May 20:31  
Şou-biznes Yenə boşana bilmədilər...

Uzun müddətdir evli olan və sosial mediada paylaşdıqları xoşbəxt ailə f

arrow Ətraflı
İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşdü like
  • 03 May 19:54  
Siyasət İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Zurabişvilinin evi gülləbaran edildi  Yaralananlar var like
  • 03 May 19:51  
Digərləri Zurabişvilinin evi gülləbaran edildi Yaralananlar var

Bu gün səhər saatlarında Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınl

arrow Ətraflı
"Səni sevirəm"  Müşviq kövrəldi like
  • 03 May 19:25  
Şou-biznes "Səni sevirəm" Müşviq kövrəldi

Aktyor Müşviq Şahverdiyev atasından danışıb.

arrow Ətraflı