"Ermənistan onların basdırıldığı yerlər barədə dəqiq məlumat verməlidir"
Digərləri 03 May 2025 10:48:00 66 0
Ombudsman Səbinə Əliyeva Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı öz münasibətini bildirib.
Bu xəbəri də oxu: Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş – İlk 1 saat...
Son.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva bildirib ki, Respublikasının işğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.
"Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir. Aşkarlanmış qalıqlarda mülki şəxslərə qarşı zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.
Qeyd etməliyik ki, indiki məlumata əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-ə yaxın soydaşımızın kimliyi müəyyən edilib və bu proses hələ də davam etməkdədir", - Ombudsman vurğulayıb.
"Təəssüf hissi ilə bildiririk ki, tərəfimizdən dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır.
Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir", - S. Əliyeva əlavə edib.
Xəbər verdiyimiz kimi, bir müddət öncə müğənni Musa Musayevin efirləri

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Aydın Quliyev vəfat edib.

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən LOT Pol

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının

Mayın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

"Bakı Marafonu 2025" ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri və AME

Başından bəla əskik olmayan bürclər adətən enerjiləri, cəsarətləri v

"Stand Up" şousunun ulduzu, Rusiyada yaşayan əslən azərbaycanlı

"Doğum günümü ailəmlə birlikdə qeyd etdim. Mənə güllər gətirild

3399 manat ünvanlı sosial yardım almağa kömək göstəririk. "Feysbuk

Türkiyənin məşhur aktrisası Meryem Uzerli gözəlliyin trendlərə deyil, d

Başqalarının sözünü dərd etməmək üçün zehni möhkəmlik, özünüdə
