Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub
Siyasət 02 May 2025 19:51:00 64 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın və qardaşı Qriqori İşxanyanın 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində fermanın atəşə tutulmasında, mülki azərbaycanlı əhalinin qətlə yetirilməsinə iştirakını sübuta yetirən sənəd tədqiq olunub.
Bu xəbəri də oxu: İlham Əliyev Polşa Prezidentini təbrik edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic,İşxaniyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduğunu bildirib və əlavə edib: "Bütün bunlara başçılıq eləyən Valodiya Xaçaturyan idi".
D.İşxanyan isə dövlət ittihamçılarının suallarına cavab verərkən özünün və qardaşı Qriqori İşxanyanın Qaradağlı hadisələrində iştirak etmədiyini iddia edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 5-də davam etdiriləcək. Son.az
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 1-də Hindistan-Pakistan gərginliy

"Azərsun Holdinq"in Müşahidə Şurasının yeni sədri müəyyənl�

Aparıcı Vüsalə Əlizadə həmkarlarını tənqid edən sənət adamlarına c

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "

1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyy

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlar

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

Yamaykalı TikTok fenomeni Baba Skeng qətlə yetirilib.

Pişiklərin sahiblərinin qucağında, sinəsində və ya başında yatması bi

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kremldəki mənzilini göstərib.

Məşhur Hollivud ulduzu Morqan Friman illərdir qızıl sırğa taxmasının v�

Bakı şəhərinin bəzi yaşayış məntəqələrində kommunal problemlərin u

Rusiya prezidenti Vladimir Putin səhərləri adətən zəngli saatdan istifadə
