Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişdi
Digərləri 01 May 2025 18:31:00 70 0
1 may 2025-ci il, Bakı - 2025-ci il 1 may tarixindən etibarən Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Bakı-Füzuli-Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.
Bu xəbəri də oxu: 15 ildir tikilən binada bir nəfər də yaşamır Bakıdakı sirli bina
Bu haqda Son.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Belə ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.
Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən "Yolumuz Qarabağa" portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.
Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.
Qeyd edək ki, Bakı-Füzuli-Bakı reysləri həftədə iki dəfə - şənbə və bazar günləri həyata keçirilir. Son.az
Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginli

Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şə

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino

Universitetlərdə qaydalar təhsil haqqında qanuna əsasən tənzimlənir.

May ayının 7-də Gənclər və İdman Nazirliyi, Bakı Domino Klubu və Sports

Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəs

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraiti

Xəbər verdiyimiz kimi, cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin

Təyyarədə ayaqqabını çıxarmaq olarmı: Ekspertlər və bələdçilər nə

Bakı Bələdiyyə Teatrının Özbəkistan ədəbiyyatının görkəmli nümay�

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəristiliktəc

Paytaxtın Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində nəq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2
