Kredit faizləri düşəcək? Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib
Digərləri 29 Apr 2025 23:05:00 60 0
"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard dollarlıq depozit yerləşdirmsi iqtisadi müzakirələrə səbəb olub. Bəzən bu hadisə Azərbaycanda kredit faizlərinin ümumi ucuzlaşmasının başlanğıcı kimi şərh edlir. Lakin belə bir nəticəyə gəlmək üçün ciddi əsaslar yoxdur".
Bu xəbəri də oxu: ƏrRiyadda AzərbaycanSəudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6cı iclası keçirilib
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, bildirib ki, bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər arasında ciddi faizləri endirimi yox idi. Deməli, depozit porfelnin indi 2-3% artması sistem üzrə kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil:
"Nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu vəsaitləri qısa müddətə əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri isə uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısa müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi isə mümkün deyil.
Kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və bank sektorunun risk qiymətləndirmə siyasətləri də bu məsələdə həlledici rol oynayır. Bugünkü reallıqda isə Azərbaycanda pul siyasəti ehtiyatlı qalır və inflyasiya hələ də diqqət mərkəzindədir.
Əlqərəz, 1 milyard dollarlıq depozitin yerləşdirilməsi fonunda kredit faizlərinin kəskin düşəcəyini gözləmək qeyri-real arzulara qapılmaqdan başqa bir şey deyil. İqtisadi proseslər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər isə yanlış qərar və ümidlərə səbəb ola bilər".
O zaman Maliyyə Nazirliyi niyə bunu etdi?
Ekspert bildirib ki, cavab çox sadədir. Maliyyə Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir.
"Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəm. Sadəcə növbəti illərdə bu depozitlər təkcə sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir".
Asya Son.az
Dolğu inyeksiyaları qısa müddətdə üzə təzəlik və həcm qazandırsa da

"Oğlumla qonşu yaşayırıq. Aramızda bir neçə bina var. Bütün gün�

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölü

Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhi

Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq

Türkiyənin Kahramanmaraş şəhərində salınan "Azərbaycan məhəlləs

Xəzər rayonu Binə qəsəbəsinin Atçılıq yaşayış massivində yerləşə

Türkiyəli məşhur şoumen və aktyor Mehmet Ali Erbil özündən 41 yaş kiç

"Azərbaycana gözlənilən xüsusi səfərlərdən biri reallaşdı. Ötə

Əməkdar artist Qormaz Əlilican ilə meyxanaçı Namiq Məna küsülüdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.

İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.

Aprelin 29-da Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoru
