Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
Siyasət 28 Apr 2025 00:02:00 57 0
Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri - Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur.
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə buranı bitirib.
1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib.
Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına böyük əmək sərf edib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii" (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Elmi tədqiqatlarının yüksək səviyyəsi, sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi tədqiqat işlərində böyük xidmətləri qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçildi.
Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə görə orden və medallarla təltif olunub. Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq görülüb.
Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaq

Türkiyədə Elazığın Sivrice rayonunda baş verən 4,9 bal gücündəki zəl

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqənin nikah məra

Havaların isindiyi və dərs ilinin sonuna az qaldığı bir vaxtda məktəblil

Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyinə qarş

Bakıda Aysel Kərimova adlı xanım işçinin aptekdə vəhşicəsinə döyülm

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal tra

İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərd

Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

"Arka Sokaklar"da "Rıza baba" obrazını canlandıran Zafer

Niderlandın Apeldorn şəhərinin bələdiyyəsi səhvən 46 sənət əsərini,
