63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
Kriminal 24 Apr 2025 18:39:00 98 0
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin sabiq direktoru Əmrah Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, Əmrah Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunub.
İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınıb.
Qeyd edək ki, xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alırlar.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən Əmrah Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, müəllimlik fəaliyyəti ilə məşğul olub məktəb direktoru vəzifəsində çalışıb:
"Cəzaçəkmə müəssisəsində məhbus şagirdlərə dərs vermişəm. Həmin şagirdlərin yaşı 25-dən çox olub. Ailəliyəm, 3 qız övladım var. Cəzaçəkmə müəssisəsində 20 faiz əlavə maaş verildiyinə görə müəllimlik fəaliyyətinı həmin müəssisədə davam etdirmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 1996-cı ildən ona onkoloji xəstəlik diaqnozu qoyulub və həmin il əməliyyat olunub:
"Müalicəmi davam etdirə bilmədiyim üçün bu cinayət hadisəsini törətdim. Müəllimlərin bəziləri maaşlarının az olduğu üçün dərsə gəlmək istəmirdilər. Lakin dərslərə görə əməkhaqqı almaq istədiklərini bildirirdilər. Bəzi müəllimlər arabir dərsə gəlirdilər. Onların işə gəlmə-getmə cədvəlini mən doldururdum, maaşı isə özləri alırdılar. Aldıqları maaşın bir qismini də mənə verirdilər. Törətdiyim cinayət əməlindən peşmanam. 2019-cu ildə böyrəyimdən əməliyyat olunmuşam. Lakin müalicələr effekt vermədi. Cinayət yolu ilə əldə etdiyim pulları müalicəm üçün xərcləmişəm".
Məhkəmənin hökmü ilə Əmrah Səfərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib. O, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.
Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sür�

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARA

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Bir müddət əvvəl müğənni Kəmalə Qaramollayeva ilə Zaur Nəbioğlu ara

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının bəzi küçələrinin qaz

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Ötən gün İstanbulda zəlzələni fürsət bilən şəxslər oğurluq ediblə

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən

Ermənilərin Azərbaycan musiqi irsinə qarşı plagiat halları yenidən günd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikas�
