Bizlə qətlə yetirilən Ədillə bağlı dəhşətli fakt: Arvadı illərdir ölümlə təhdid edirmiş
Kriminal 22 Apr 2025 23:30:00 116 0
23:30
Bakının Binəqədi rayonunda baş verən qətldə öldürülən şəxs bir müddət əvvəl həyat yoldaşı ilə canlı efirə çıxıbmış.
Son.az Xəzər TV-yə istinadən məlumat verir ki, Ədil Məhərrəmovun ailədaxili problemləri olub.
Belə ki, o, boşanmaq istədiyini yoldaşı Nuranəyə bildirdikdə, ölümlə hədələnib:
"Bu qadın məndən əl çəkmir. Onunla 2019-cu ildə kafedə tanış olmuşuq, ofisiant işləyirdi. "Sənə maşın, ev alaram" vədləri ilə məni aldadaraq, kəbin kəsdirməyə getdik. Bir müddət sonra övladımız dünyaya gəldi. Anamın evinə getməyə belə icazə vermir, polislə hədələyir. Mənim dediyim olmasa, səni öldürərəm deyirdi. Nuranənin övladlarından xəbərim olmayıb, sonradan öyrənmişəm. Gizlin iş görmüşdüm. Qız ortaya çıxanda, valideynlərimə dedim ki, ailə qurmuşam. 2020-ci ildə xəbərim olmadan mənə sənəd imzaladıb. 17 il boşanmamaq şərti ilə aliment ödəməliyəm. Məni məhkəməyə də çağırmayıblar, imza da atmamışam. Pis vərdişləri var. O məni anamın yanında döyüb. Mən ona əl vurmaq istəyəndə qaçır polisə, təhqir edir", - deyə Ə.Məhərrəmov bildirib.
Ədil Məhərrəmovun anası isə qeyd edib ki, elçi gedib, səhəri gün belə halların olduğunu eşidib:
"Nuranənin qarşısını kəsib demişəm ki, mən oğluma toy etmək istəyirəm. Mənə dedi ki, sənə ancaq oğlunun meyitini verə bilərəm".
Efirdə hətta iddia edilib ki, Ədilin arvadı da keçmiş ərini bıçaqlayıb.
------- 18:48
Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Məlumata görə, şərti adı Ədil Məhərrəmov olan şəxslə əvvəllər məhkum olunmuş 57 yaşlı şərti adı Nəcəf Qafarov adlı şəxs arasında mübahisə yaranıb.
Bu zaman Nəcəf Qafarov Ədil Məhərrəmova bizlə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.
"Eşitdiyimə görə, hadisə baş verməzdən öncə qayınatası, yoldaşı oturub yeyib-içiblər. İçkili olublar, sözləri çəp gəlib. Bu da davaya səbəb olub", - qonşulardan biri söyləyib.
Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Son.az
Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.

"Avroviziya 2011" qalibi Nigar Camal açıqlaması ilə diqqət çəki

Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində rixter cədvəli �

Aprelin 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq�

"Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi baxımdan tanı

Türkiyəli aktyor İlyas Salman, 3 il əvvəl BirGün qəzetinə verdiyi müsah

Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xid

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali n

Tanınmış meyxana ustası Sadıx Mustafayev efirlərin birində qonaq olub.

Qırtlaq xərçənginin erkən əlamətlərindən biri uzunmüddətli səs xır�

Reper Elşad Xose tədbirlərin birində görüntülənib.

"Ürək-damar xəstəlikləri geniş yayılıb və ölüm səbəbləri ara

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.
