Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub FOTO


Siyasət 21 Apr 2025 12:56:00 116 0

Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub  FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda Nguyen Dinh Chieu orta məktəbində olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub.

Burada keçirilmiş görüşdə Fondun ölkəmizdə görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv təhsil sahəsindəki layihələri barədə məlumat verilib. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişinin imzalandığı, bu layihənin görmə qabiliyyəti məhdud insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəldiyi qeyd edilib. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü əsasında xüsusi internat məktəbinin nəzdində mətbəə yaradıldığı, burada Brayl əlifbası ilə dərslik və dərs vəsaitlərinin çap olunduğu bildirilib.

Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəbə görmə qabiliyyəti məhdud uşaqların təhsilinə dəstək məqsədilə bir sıra avadanlıqlar hədiyyə olunacaq.

Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən məktəb görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulub. 1988-ci ildən isə sözügedən məktəbdə görmə qabiliyyəti olan şəxslər də təhsil ala bilirlər. Məktəbdə hazırda 1800 şagird, o cümlədən 145 görmə qabiliyyəti məhdud şəxs təhsil alır.

Müəllim heyəti akademik fənlərin tədrisi ilə yanaşı, həm də inklüziv təhsil modelinin inkişafı ilə məşğul olur. Burada inklüziv təhsil üçün geniş sistem qurulub. Məktəbin missiyası bərabər keyfiyyətli təhsil imkanlarını təmin, müstəqilliyi və cəmiyyətə inteqrasiyanı təşviq etməkdir.

Xəyalənin ailəsi dağıldı: Əri döyürmüş  FOTO like
  • 21 Apr 12:30  
Şou-biznes Xəyalənin ailəsi dağıldı: Əri döyürmüş FOTO

Xalq ulduzunun qalibi xanəndə Xəyalə Qafarzadə şəxsi həyatı barədə ma

arrow Ətraflı
Müdir təyin edilən Bəhruz Nəbili kimdir?  DOSYE like
  • 21 Apr 12:23  
Digərləri Müdir təyin edilən Bəhruz Nəbili kimdir? DOSYE

Xəbər veriyimiz kimi, Regional təhsil idarələrinə yeni müdirlər təyin o

arrow Ətraflı
Ginekoloq Aynur Rüstəmova vəfat etdi like
  • 21 Apr 12:18  
Digərləri Ginekoloq Aynur Rüstəmova vəfat etdi

Ginekoloq Aynur Rüstəmova dünyasını dəyişib.

arrow Ətraflı
"TikTok"er İlhamədən xəbər var: 15 gün like
  • 21 Apr 11:28  
Digərləri "TikTok"er İlhamədən xəbər var: 15 gün

"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı bar

arrow Ətraflı
Aşıq Namiq Fərhadoğlu lüks avtomobili ilə qəza törətdi like
  • 21 Apr 11:26  
Digərləri Aşıq Namiq Fərhadoğlu lüks avtomobili ilə qəza törətdi

Aşıq Namiq Fərhadoğlu avtomobil qəzası keçirib.

arrow Ətraflı
Onlar müdir təyin olundular like
  • 21 Apr 10:55  
Digərləri Onlar müdir təyin olundular

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

arrow Ətraflı
Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir  FOTO like
  • 21 Apr 10:50  
Digərləri Ziraat Bank Azərbaycan regionlardakı fəaliyyətini genişləndirir FOTO

Ziraat Bank Azərbaycan müştəri yönümlü strategiyası çərçivəsində re

arrow Ətraflı
Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMFyə göndəriləcək like
  • 21 Apr 10:28  
Digərləri Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMFyə göndəriləcək

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yen

arrow Ətraflı
"Ata olsam, şərəfsizəm"  FOTO like
  • 21 Apr 10:18  
Şou-biznes "Ata olsam, şərəfsizəm" FOTO

Türk musiqisinin İmperatoru İbrahim Tatlısəs uzun illər birgə filmlərd�

arrow Ətraflı
Teymur Sadıqov RusiyaUkrayna müharibəsində həlak oldu like
  • 21 Apr 09:52  
Digərləri Teymur Sadıqov RusiyaUkrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

arrow Ətraflı
Kreditlərlə bağlı vacib qərar  Mərkəzi Bank AÇIQLAYACAQ like
  • 21 Apr 09:49  
Digərləri Kreditlərlə bağlı vacib qərar Mərkəzi Bank AÇIQLAYACAQ

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərə

arrow Ətraflı
"Vergini ödəsinlər ki, asfalt çəkək"  Yolsuz Sarayın bələdiyyəsi like
  • 21 Apr 09:46  
Digərləri "Vergini ödəsinlər ki, asfalt çəkək" Yolsuz Sarayın bələdiyyəsi

Saray qəsəbəsi Mühit Qasımov və Canpolad Orucov küçələrinin birləşm�

arrow Ətraflı
Yerə güclü maqnit qasırğası yaxınlaşır  3 gün davam edəcək like
  • 21 Apr 09:40  
Dünya Yerə güclü maqnit qasırğası yaxınlaşır 3 gün davam edəcək

Genişmiqyaslı koronal dəlik səbəbindən Günəşdə formalaşan maqnit qas�

arrow Ətraflı