3 dost Bakının məşhur restoranında yeyibiçib qaçdılar
Kriminal 19 Apr 2025 20:23:00 100 0
Bakıda məşhur restoranda yeyib-içdikdən sonra hesabı ödəmədən qaçan edən şəxslər saxlanılıb.
Bu xəbəri də oxu: Operanın tarixiorta əsrlərdən müasir dövrə qədər Azərbaycan istedadlarının təqdimatında FOTO
Son.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Atilla" restoranında baş verib.
Belə ki, aprelin 12-dən 13-nə keçən gecə 2003-cü ildə Rusiyanın Kazan şəhərində anadan olmuş T.R. iki dostu ilə birlikdə sözügedən restorana gələrək oradakı kabinetlərdən birində yeyib-içiblər. Daha sonra T.R. hesabı ödəmədən, həmçinin restorana məxsus 180 manat dəyərində səsgücləndiricini gizlincə götürərək oradan qaçıb.
Onunla birlikdə restoranda olan dostları isə baş verənlərdən sonradan xəbərdar olduqlarını bildirərək restorandan xəbərsiz şəkildə ayrılıblar.
Restoran rəhbərliyinin şikayəti əsasında hər üç şəxs saxlanılıb. Onlardan yalnız T.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmədə T.R. özünü təqsirli bildiyini, hadisə zamanı sərxoş olduğunu və səsgücləndiricinin cibində olduğunu unutduğunu qeyd edib. O, 118 manatlıq restoran hesabını ödəmədən 180 manatlıq avadanlığı götürdüyünü və etdiyi əməldən peşman olduğunu bildirib. Həmçinin səsgücləndiricini geri qaytardığını da əlavə edib.
Məhkəmənin qərarı ilə T.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinib və ona 160 saat ictimai iş cəzası verilib. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Xəbərə aid video
Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanıl

Müğənni Ülviyyə Namazova bahalı avtomobili ilə gündəmə gəlib.

Tanınmış aktrisa Yağmur Bircan Çətin sektora yeni başladığı vaxt tanı

İtaliyada 100 yaşlı barista istirahət günləri olmadan hər gün işləyir,

Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində "Pasxa at�

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət M

İllər keçdikcə ənənəvi reseptlərin faydaları yenidən kəşf olunur. X�

23-29 aprel tarixlərində Bakıda keçiriləcək Fidan Hacıyeva adına II Beyn

Türkiyənin siyasət, mədəniyyət və incəsənət xadimləri arasında çoxl

Qısa müddət əvvəl ekranlara vida edən "Yalı Çapkını" serial�

Hüquqi baxımdan çıxarışı olan binadan mənzil almaq daha məqsədə müva

Qaraciyəri solda, ürəyi sağda - Dünyada cəmi 30 nəfərdə rast gəlinən
