Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib


Digərləri 18 Apr 2025 16:55:00 116 0

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Son.az xəbər verir ki, tədbirdə ARVK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə açıq elan edilib.

Mərasimdə ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək namizədləri səmimi-qəlbdən təbrik edib, onların gələcək peşə fəaliyyətində uğurlar qazanacağına inandığını söyləyib.

Vəkillik peşəsinin yüksək etik dəyərlərə və məsuliyyətə əsaslanan bir fəaliyyət sahəsi olduğunu deyən əməkdar hüquqşünas gənc vəkillərə daim insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, hüquqi biliklərini davamlı olaraq təkmilləşdirməyi, habelə vəkillik nüfuzunun qorunması istiqamətində əzmlə çalışmağı tövsiyə edib.

Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək ARVK üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.

Türk hərbi gəmisindən tarixi UĞUR: az sayda ölkə buna nail olub like
  • 18 Apr 16:48  
Digərləri Türk hərbi gəmisindən tarixi UĞUR: az sayda ölkə buna nail olub

Son illərdə hərbi gəmi istehsalı sahəsində əldə etdiyi uğurlarla diqq�

arrow Ətraflı
Meloninin sualı Trampı çətin vəziyyətə saldı  Bilmədi nə desin  VİDEO like
  • 18 Apr 16:24  
Dünya Meloninin sualı Trampı çətin vəziyyətə saldı Bilmədi nə desin VİDEO

Ağ Evdə baş tutan görüş gərgin diplomatik anlara səhnə olub.

arrow Ətraflı
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq like
  • 18 Apr 16:00  
Digərləri Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərə

arrow Ətraflı
23 milyon insan təhlükədə – 8 bal gücündə like
  • 18 Apr 15:47  
Dünya 23 milyon insan təhlükədə – 8 bal gücündə

Cənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlz

arrow Ətraflı
Sürücülərin nəzərinə!  Saat 00:00dan bu yollar bağlanacaq like
  • 18 Apr 15:35  
Digərləri Sürücülərin nəzərinə! Saat 00:00dan bu yollar bağlanacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudl

arrow Ətraflı
İrem ana olacaq  FOTO like
  • 18 Apr 15:23  
Şou-biznes İrem ana olacaq FOTO

Uğurlu karyerası və şəxsi həyatı ilə tez-tez gündəmə gələn aktrisa

arrow Ətraflı
Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı qərar like
  • 18 Apr 14:50  
Digərləri Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı qərar

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsus

arrow Ətraflı
Əməliyyatxanada tiktok çəkdilər  "Elə bil diskotekadır"  VİDEO like
  • 18 Apr 14:44  
Digərləri Əməliyyatxanada tiktok çəkdilər "Elə bil diskotekadır" VİDEO

Son günlər "TikTok"da trend halına gələn "Nömrə 10"m

arrow Ətraflı
"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..." like
  • 18 Apr 14:32  
Şou-biznes "Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

"Gecə saat 2-də məni çağıra bilməzlər"

arrow Ətraflı
"Sən türksən” deyib məni təpiklədi  FOTO like
  • 18 Apr 14:28  
Siyasət "Sən türksən” deyib məni təpiklədi FOTO

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində z�

arrow Ətraflı
Təmirə gətirilən telefon bomba kimi partladı  VİDEO like
  • 18 Apr 14:20  
Digərləri Təmirə gətirilən telefon bomba kimi partladı VİDEO

Türkiyədə mağazaların birində partlayış baş verib.

arrow Ətraflı
Təyyarə girov götürüldü  3 yaralı var like
  • 18 Apr 14:11  
Dünya Təyyarə girov götürüldü 3 yaralı var

Belizdə yüngül mühərrikli "Tropic Air" sərnişin təyyarəsində

arrow Ətraflı
Adı siyahıda olmayan plastik cərrahlarla bağlı like
  • 18 Apr 14:10  
Digərləri Adı siyahıda olmayan plastik cərrahlarla bağlı

Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsəl�

arrow Ətraflı
Şəhid Ələsgər Mirzəliyev Cəbrayılda torpağa tapşırıldı like
  • 18 Apr 14:03  
Digərləri Şəhid Ələsgər Mirzəliyev Cəbrayılda torpağa tapşırıldı

32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəş

arrow Ətraflı