Milli Etalon Vaxtının yaradılması istiqamətində Azərbaycan Metrologiya İnstitutu tərəfindən mühüm addımlar atılıb FOTO


Digərləri 18 Apr 2025 10:26:00 139 0

Milli Etalon Vaxtının yaradılması istiqamətində Azərbaycan Metrologiya İnstitutu tərəfindən mühüm addımlar atılıb  FOTO

Azərbaycan Metrologiya İnstitutunun yeni Vaxt və tezlik ölçmələri laboratoriyasında Milli Etalon Vaxtının yaradılması məqsədilə sezium atom saatları quraşdırılıb. 

Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda ölkəmizdə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması (vaxt sinxronizasiyası) müxtəlif xarici mənbələrdən və üsullardan istifadə edilərək həyata keçirilir. Bu isə xarici sistemlərdən asılılığı artırmaqla yanaşı, vaxtın daha dəqiq sinxronizasiyasını çətinləşdirir. Nəticə etibarilə, maliyyə, logistika, kommunikasiya və digər sahələrdə bir sıra maneələrin yaranması ehtimalı artır. 

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən bu məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının 1.1.21-ci "Ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi" bəndinin icrası çərçivəsində AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında artıq sezium atom saatları və GNSS (Global Navigation Satellite System - Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb. Sözügedən avadanlıqların quraşdırılması Milli Etalon Vaxtının yaradılması ilə bağlı prosesdə mühüm əhəmiyyət kəsb edir.  Bu çərçivədə GNSS peyklərindəki atom saatları ilə AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasındakı atom saatları arasındakı zaman fərqi hər gün mütəmadi ölçüləcək, əldə edilən məlumatlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya (Bureau International des Poids et Mesures - BIPM) göndəriləcəkdir. Bu metodla dünya standartı olan UTC-nin (Coordinated Universal Time - Koordinasiyalı Universal Vaxt) Azərbaycanın milli etalon vaxtı (UTC-AZ) ilə müqayisə edilməsi sayəsində zaman fərqinin izlənməsi mümkün olacaq.

Beynəlxalq izlənəbilən zaman yaradıldıqdan sonra laboratoriyada quraşdırılan NTP (Network Time Protocol - Şəbəkə Vaxtı Protokolu) sistemi vasitəsilə ölkənin milli etalon vaxtı ilə internet üzərindən sinxronizasiya mümkün olacaq. Beləliklə, respublikada vahid zamanın istifadəsi təmin ediləcək. Bu da öz növbəsində ölkə daxilində müxtəlif sahələrin daha səmərəli və etibarlı fəaliyyət göstərməsinə imkan yaradacaq.  Məlumat üçün bildirək ki, Milli Etalon Vaxtının yaradılması prosesinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu addımlar Azərbaycanı həm daxili, həm də beynəlxalq səviyyədə daha etibarlı və koordinasiya olunmuş vaxt sisteminə sahib ölkəyə çevirəcək.

“Altıncı hiss”in aktyoru saxlanıldı  FOTO like
  • 18 Apr 10:24  
Şou-biznes “Altıncı hiss”in aktyoru saxlanıldı FOTO

Məşhur "Altıncı Hiss" (The Sixth Sense) filminin ulduzu, amerikal�

arrow Ətraflı
Yardımlıda əməliyyat: silahlı şəxs saxlanıldı like
  • 18 Apr 09:45  
Digərləri Yardımlıda əməliyyat: silahlı şəxs saxlanıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri �

arrow Ətraflı
Səbuhi Xanlarov ağır qəzaya düşdü  VİDEO like
  • 18 Apr 09:25  
Şou-biznes Səbuhi Xanlarov ağır qəzaya düşdü VİDEO

Tanınmış bloger Səbuhi Xanlarov avtomobili ilə qəzaya düşüb.

arrow Ətraflı
Bakının üç rayonunda qaz olmayacaq like
  • 18 Apr 09:23  
Digərləri Bakının üç rayonunda qaz olmayacaq

Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qa

arrow Ətraflı
Avro, rubl və lirə bahalaşdı  Dollar isə...  RƏSMİ like
  • 18 Apr 09:20  
Digərləri Avro, rubl və lirə bahalaşdı Dollar isə... RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Baydeni tədbirində görmək istəyən bu qədər ödəməlidir like
  • 18 Apr 09:15  
Dünya Baydeni tədbirində görmək istəyən bu qədər ödəməlidir

ABŞ-nin keçmiş Prezidenti Co Bayden tədbirlərdə çıxış qiymətini aç�

arrow Ətraflı
Nəfəs efirdə onun şəklini görüb AĞLADI  VİDEO like
  • 18 Apr 09:01  
Şou-biznes Nəfəs efirdə onun şəklini görüb AĞLADI VİDEO

Müğənni Nəfəs efirdə göz yaşı töküb.

arrow Ətraflı
Okeanlar artıq mavi rəngdə olmayacaq  Bənövşəyi və ya qırmızı... like
  • 18 Apr 08:35  
Dünya Okeanlar artıq mavi rəngdə olmayacaq Bənövşəyi və ya qırmızı...

Yer kürəsinin səthinin dörddə üçünü əhatə edən okeanlar zamanla rən

arrow Ətraflı
“Müqəddəs Valentin tərbiyəsizin biri olub”  Vahid Əziz like
  • 18 Apr 08:16  
Şou-biznes “Müqəddəs Valentin tərbiyəsizin biri olub” Vahid Əziz

Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar v

arrow Ətraflı
Ən təhlükəli qulaqcıq növü açıqlandı like
  • 18 Apr 08:08  
Digərləri Ən təhlükəli qulaqcıq növü açıqlandı

Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərd�

arrow Ətraflı
Tarkan anasının dəfnində like
  • 18 Apr 07:47  
Şou-biznes Tarkan anasının dəfnində

Meqa-star Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilib.

arrow Ətraflı
İşçi müdirini onu qovduğu üçün belə peşman etdi like
  • 18 Apr 07:33  
Digərləri İşçi müdirini onu qovduğu üçün belə peşman etdi

Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geni�

arrow Ətraflı
Qaynanalar hansı bürclərin kişilərini bəyənirlər? – Ailə qurmaq üçün idealdırlar like
  • 18 Apr 07:01  
Digərləri Qaynanalar hansı bürclərin kişilərini bəyənirlər? – Ailə qurmaq üçün idealdırlar

Astroloqların fikrincə, bəzi bürc kişiləri xüsusilə qaynanaların seviml

arrow Ətraflı
İmmuniteti gücləndirən möcüzə: Qırmızı kələmin faydaları like
  • 18 Apr 06:06  
Digərləri İmmuniteti gücləndirən möcüzə: Qırmızı kələmin faydaları

Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımında

arrow Ətraflı