“ 10 manat da məndən aldılar, amma aparmadılar” Xalq artisti ilə
Şou-biznes 17 Apr 2025 18:48:00 108 0
Lent.az-ın müsahibi Xalq artisti Hacı İsmayılovdur
Bu xəbəri də oxu: 2 məşhur müğənnini İFŞA ETDİ: "Onları makiyajsız gördüm, gecə yatanda yuxuma girməsin"
O, Azərbaycan kinosunun daha çox "Mustafa müəllim"i kimi yadda qalıb.
Hacı İsmayılov "Həm ziyarət, həm ticarət", "Ad günü" kimi bir çox məşhur filmlərdə baş rol alıb.
- Hacı müəllim, sənətə həvəsiniz necə yarandı?
- Hələ məktəb illərindən teatra həvəsim var idi. O vaxtı 2 gün mənə bayram olurdu: Biri idman dərsi olan günü, biri də bizi məktəbdən teatra aparanda. Əsasən, Gənc Tamaşaçılar Teatrına aparırdılar. İlk baxdığım tamaşa isə "Pavlik Morozov" idi. Pərdə açılanda səhnədən gələn qoxu mənə xoş gəlirdi. Sonradan bildim ki, dekorasiyalar yanmasın deyə, bir maye ilə sulayırdılar, onun qoxusu idi, ondan əlavə, səhnədəki aktrisaların ətri də vururdu.
4-cü sinifdə oxuyanda məktəbdə bir dram dərnəyi var idi. Rəhbəri Tofiq İsmayılov idi. İlk oynadığım rol isə Novruz Gəncəlinin "Gənc Ustalar" tamaşasında tənbəl obrazı olub. Maraqlı rol idi. Çox yaxşı alındı. O tamaşa məndə həvəs oyatdı. Ondan sonra "26-lar" Mədəniyyət sarayında bir uşaq, bir də böyüklər üçün dram dərnəyi varıydı. Bir müddət ora getdim, sonra Lütfü Məmmədbəyovun dram dərnəyinə qoşuldum. O dram dərnəyi sonra Xalq Teatrı oldu. Orada çox yaxşı tamaşalar oynanılırdı.
Yadıma gəlir, Cəfər Cabbarlının "Aydın"ı, Mir Cəlalın "Bir gəncin manifesti" səhnəyə qoyulmuşdu. O tamaşalar çox böyük ajiotajlar yaradırdı. Həmin dram dərnəyindən oynayanların çoxu sonradan Xalq Artistləri, sevilən sənətkarlar oldu.
Beləliklə, 1963-cü ildə Teatr İnstitutunun Kino və Dram fakültəsinə daxil oldum, bu, indiki Mədəniyyət və İncəsənət Universitetidir. 4 il oxudum, sonra bizi göndərdilər İrəvan şəhərinə. Azərbaycanın qədim yurdu İrəvanda teatr olub və o, fasilələrlə işləyib. Məkrli qonşularımız qoymayıblar o teatr inkişaf eləsin. 1967-ci ildə teatrı bərpa etmək üçün bizim kursun hamısını göndərdilər İrəvana. Cəfər Cabbarlının "Sevil" pyesini səhnəyə qoyduq. Onunla da İrəvan Teatrının bünövrəsi qoyuldu.
Daha sonra ailə vəziyyətimlə əlaqədar Bakıya gəlməli oldum. O vaxt danışığım daha yaxşı, nitqim daha səlis idi. Teatrlar İnstitutunun rektoru məni səhnə danışığı kafedrasına dəvət etdi. 1 il səhnə danışığından dərs demişəm. Mənim dərs dediklərimin çoxu indi Xalq Artistləridir.
- Məsələn, kimlər?
- İlham Namiq Kamal, Fuad Poladov Elxan Ağahüseynoğlu. Həmin vaxtlar Sumqayıt Dövlət Dram teatrı açıldı, oraya qəbul olundum. 1 il işlədim. Sonra Akademik Milli Dram Teatrına getdim. 1970-ci ildən bu günə qədər Akademik Milli Dram Teatrında aktyor kimi çalışıram.
- Son çəkilən filmləri, serialları izləyirsiz?
- Yox. Birincisi, vaxtım olmur. İkincisi, maraqsızdır. Adamı cəlb eləmir.
- Nə ilə bağlıdır bu?
- Peşəkarlar yoxdur. Mən "Ailəm var" serialına çəkilmişdim. Çox yaxşı serial idi, uzun müddət də getdi. Sonra 1-2 seriala dəvət etdilər, 5 seriya çəkildi və dayandı. Məlum oldu ki, peşəkar olmayan bir adam haradansa pul tapıb. Beyninə düşüb ki, film çəksin. Bu cür iki serial bağlandı. Ondan sonra ümumiyyətlə, həvəsim olmadı.
- İmtina elədiyiniz film olub?
- Xeyr, imtina eləməmişəm. Mənim aləmimdə, aktyor üçün kino daha vacibdir, nəinki serial. Kinonun bir ssenarisi olur. Serialı axşam yazıb səhər gətirirlər ki, çəkin. Kinonun haradan başlayıb hara getdiyini bilirsən. Kinoya dəvət alanda məmnuniyyətlə gedirəm. Son illərdə 2 filmə çəkilmişəm. Biri "Olimpiya", digəri isə "Doğma torpaq" filmidir. Kinoda çəkiləndə aldığım ləzzəti serialda ala bilmirəm.
Çəkilən seriallara baxıram, biri danışanda digərini göstərirlər. Adi peşəkar texniki cəhətləri bilmirlər ki, heç olmasa danışanı göstərmək lazımdır. Aparatı qoyurlar və aktyorlara deyirlər ki, oynayın. Sən onun üz ifadəsini, gözlərindəki emosiyanı görmürsən. "Doğma torpaq" filminə dəvət edəndə adı diqqətimi çəkdi. Etiraz etmədim.
- Oynadığınız obrazlardan sizə ən doğma olanı hansıdır?
- Hamısı doğmadır, çünki onlara həyatımı vermişəm. Onları oynamamışam, yaşamışam. Hərdən "Ad günü" filmindən söz düşəndə deyirəm ki, mən ona çəkiləndə elə bilirdim, möcüzəli bir yuxuda idim, ayıldım ki, film çəkilib. Hamısı mənə əzizdir. "Ad günü" ilə "Həm ziyarət, həm ticarət"də oxşarlıq var. "Həm ziyarət, həm Ticarət" filminə çəkiləndə çətinliklər çox olub.
- Hansı çətinliklər?
- "Ad gün" iki hissədən ibarətdir: bir ad günü hekayəsi, ikincisi ezamiyyət. Orada yüküm az idi. Amma "Həm ziyarət, həm ticarət"də tam qapanmaq, yaşamaq lazım idi. Bu da aktyorda yorğunluq, sıxıntı yaradır.
- "Ad günü"dəki Mustafa ilə "Həm ziyarət, həm ticarət"in Mustafa müəllimi arasında necə paralel aparırsız?
- Eyni Mustafadır. "Ad günü"ndə Mustafa kənddən Bakıya gəlir. "Həm ziyarət, həm ticarət"də isə Bakıdan İstanbula gedir.
- Teatrla başlayıb sonra kinoya gəlmisiz. Sizə hansı yaxındır, teatr, ya kino?
- Uşaq vaxtı kinonu sevirdim. İçərişəhərdə anadan olduğuma görə, bir çox filmlərin çəkilişinə şahid olmuşam, məsələn, "O olmasın, bu olsun". İlk dəfə meylim orada olub. Sonra dram dərnəyinə gedəndə artıq teatrı seçdim. Mən hərdən deyirəm ki, teatr həyatımdır, kino isə sevgim. Teatr kinoya nisbətən az imkanlara sahibdir. Teatr canlı bir orqanizmdir. Tamaşaçı ilə üz-üzə olursan, onu hiss edirsən. Kinoda isə nisbətən sərbəstlik var.
- Kinoda alınmayan bir səhnə dəfələrlə çəkilə bilir, teatrda belə bir şans yoxdur.
Xəbərə aid video
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlar

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Cey

Şou-biznesi qalmaqalları ilə zəbt edən müğənnilər Şəbnəm Tovuzlu və

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkəmizdə ilk dəfə ol

Ötən gün hava şəraiti ilə bağlı bir çox avtomobillər zərər görüb.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikas

95 yaşlı aktyor Qen Hekmen və 65 yaşlı həyat yoldaşı Betsy Arakava 4 mi

Xəbər verdiyimiz kimi, Şabran rayonu ərazisində baş vermiş intensiv yağ�

"Kirayə mənzillərin qiyməti artır və bunun səbəbi bəllidir. Belə

Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəl

Azərbaycan və Gürcüstan arasındakı tarixi və mədəni əlaqələr əsrlə

İngiltərədə yaşayan 30 yaşlı Chloe Raisbeck 20 il əvvəl məktəbdə yed

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs

Xəbər verdiyimiz kim, ötən gün Şabrançayın Şabran rayonu, Xəlifələr
