Çin satmasa dünya "iflic" olar: Bir cümləsi ilə hər şeyi məhv etdi
Digərləri 17 Apr 2025 16:00:00 106 0
Çin ABŞ-nin tətbiq etdiyi vergi sanksiyalarına cavab olaraq nadir torpaq elementlərinin (NTE) satışını dayandırıb. Bu qərar ABŞ və digər sənaye ölkələri üçün ciddi istehsal problemləri yaradacaq. ABŞ mediası bu vəziyyəti sənayenin iflic olması kimi təqdim edib.
Bu xəbəri də oxu: Sabah bu ərazilərdə qaz olmayacaq
Bu addımı ilə ticarət müharibəsində Pekinin strateji üstünlüyünü göstərən Çin eyni "silah"dan vaxtiykən Yaponiyaya qarşı da istifadə etmişdi. Nəticədə Yaponiya geri addım atmağa məcbur qalmışdı.
Nadir torpaq elementləri (NTE) müdafiə sənayesi, elektronika, elektrikli nəqliyyat vasitələri, kosmos və telekommunikasiya sahələrində əsas xammaldır. Çin bu elementlərin qlobal bazarının 90 faizini nəzarətində saxlayır.
ABŞ illər əvvəl öz mədənlərini bağladığı və ekoloji səbəblərdən bu sahədəki istehsalı məhdudlaşdırdığı üçün nadir torpaq elementlərinin hasilatında Çindən asılı vəziyyətə düşüb. Çinin nadir torpaq elementləri istehsalında lider olması ABŞ-nin öz sənaye və texnologiya sahələrindəki ehtiyaclarını ödəmək üçün Çinin təchizatına möhtac qalmasına səbəb olub.
Hazırkı vəziyyətdə Çin NTE ixracını dayandırmaqla həm ABŞ-yə, həm də dünya texnologiyasına ciddi zərbə vurub. Bu da alternativ mənbələrin və yeni bazarların axtarışını zəruri edir. Türkiyənin bu boşluğu dolduracaq potensiala malik olması isə yaxın illərdə beynəlxalq diqqətin bu ölkəyə yönələcəyini göstərir.
Bu vəziyyətdə dünyanın ikinci ən böyük nadir torpaq elementi ehtiyatına sahib olan Türkiyənin rolu gündəmə gəlib. İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin dekanı Prof. Dr. Mustafa Kumral milliyet-ə açıqlama verərək bildirib ki, Türkiyənin Beylikova və Yozgat bölgələrində aparılan yeni araşdırmalar və zənginləşdirmə işləri ölkəni bu sahədə ciddi oyunçulardan birinə çevirə bilər. Onun dediyinə görə Türkiyə bu elementləri əldə edib istehsala yönəltmək üçün ciddi addımlar atır və bu proses qısa zamanda nəticə verəcək.
Qeyd edək ki, NTE-lər yalnız texnoloji cihazlarla məhdudlaşmır; həmçinin maqnitlər, katalizatorlar, metal ərintiləri, şarj oluna bilən batareyalar, lazerlər, tibbi görüntüləmə və yeni nəsil yarımkeçiricilərdə də mühüm rol oynayır. Yer qabığında mövcud olsalar da, çıxarılması və emalı çətin olduğuna görə strateji əhəmiyyət daşıyırlar.
Bəxtiyar Umarlı Son.az
Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda güzəştli ipot

11 Aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəa

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnforma

Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavin

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

"Volsvagen" qrupun "Porşe" və "Audi" markalar�

Azərbaycanda 2006-cı ildən sonra pensiya almaq üçün iki əsas şərt lazı

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb

Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qı

ABŞ-nin Los-Anceles şəhərində yerləşən "Love Jewels" adlı zin

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxıl

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
