Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi
Digərləri 16 Apr 2025 17:02:00 103 0
Bakıda yağan güclü yağışlar paytaxtın bir sıra ərazilərində ciddi fəsadlara yol açıb. Qaradağ rayonu ərazisində qeydə alınan hadisə bu fəsadların real təzahürlərindən biri olub.
Bu xəbəri də oxu: Mayın 1dən qüvvəyə minir
Son.az xəbər verir ki, sözügedən hadisə barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev özünün sosial media hesabında paylaşıb.
Onun paylaşdığı görüntülərdə aydın görünür ki, minik avtomobili güclü yağış nəticəsində yolda yaranan iri gölməçəyə düşərək hərəkətsiz vəziyyətdə qalıb.
Avtomobilin içində köməksiz vəziyyətdə qalan sürücünün həyatını isə yaxınlıqda xidmət aparan polis əməkdaşı xilas edib. Suya girərək avtomobilə yaxınlaşan polis əməkdaşı sürücünü təhlükəli vəziyyətdən çıxararaq onu sahilə çıxarıb. Hadisə şahidlərinin qeyd etdiyinə görə, suyun səviyyəsi olduqca yüksək olub və vəziyyət sürücünün həyatı üçün təhlükə yaradıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Polis əməkdaşının fədakarlığı isə sosial şəbəkələrdə istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Şərh yazanlar onu "günün qəhrəmanı" adlandırıblar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğ

Rusiyanın dövlət televiziyasında yayımlanan son veriliş beynəlxalq səviy

Xərçəng - müasir dövrün ən qorxulu xəstəliklərindən biri olsa da, onu

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaç

Bakıda və regionlarda havaların sərtləşməsi, yolların bağlanması və n

Orada - Xuzistanın qızmar təpələrində yaz küləyi tozu göyə sovurarkən

Qaraciyər orqanizmin ən vacib orqanlarından biridir. O, bədəndə toksinlər

Hind Okeanında yerləşən məşhur turizm məkanı olan Maldiv adaları İsra

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi ol

"Bir insana necə ölüm arzulamaq olar axı?!"

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliy

Şakir Paşa Ailəsi" serialının çəkilişləri zamanı növbəti faciə

Elm adamları Günəşdə nadir görünən iki partlayışın baş verdiyini bil
