Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək? AÇIQLAMA
Digərləri 16 Apr 2025 14:40:00 99 0
Ekoloji tarazlığın pozulması respublikamızın ərazisində il ərzində bir neçə dəfə təbii fəlakətlərlə nəticələnən güclü yağış,külək və tufan hallarının ortaya çıxmasına səbəb olur. Bu kimi hallar hər il təkrarlanır və nəticədə vətəndaşlarımızın daşınmaz və daşınar əmlaklarına,kənd təsərrüfatı sahələrinə böyük məbləğdə ziyan dəyir.
Bu xəbəri də oxu: Restoranlarda qida təhlükəsi: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Yağışdan zərər görənlərə hansı halda sığortadan pul ala bilər?
Son.az xəbər verir ki, məsələ ilə bağlı sığorta eksperti Şahin İsmayılov açıqlama verib.
O bildirib ki, bu gün Bakıda və reğionlarımızda güclü külək, qar və yağış yağmasının müəyyən fəsadları olacaq. Hələ ki, fəsadlar barədə məlumat daxil olmasa da,gün sonuna belə məlumatların olacağı şübhəsizdir.
"Hər dəfə bu kimi hallar baş verdikdən sonra, zərər görmüş vətəndaşlardan kütləvi müraciələr olur. Bir məsələyə diqqət etmək vacibdir ki, əgər təbii fəlakət olduqca böyük dağıdıcı fəsadlarla nəticələnibsə,bu halda Dövlət bu məsələdə vətəndaşın yanında olur və fəlakətin nəticələrinin aradan qaldırılmasında maddi yardım göstərir. Ancaq bu hər zaman baş vermir.Vətəndaş bilməlidir ki, öz əmlakını təbii fəlakətdən qorumaq üçün müxtəlif sığorta məhsulları var və bu məhsulları almaqla hər bir vətəndaş öz əmlakını baş verə biləcək təbii fəlakətlərin nəticələrindən qoruya bilər".
Ekspert bildirib ki, vətəndaşların yaşayış yerlərini qorumaq üçün "Daşınmaz əmlakın icbari sığortası" məhsuluna müraciət etmələri mütləqdir. Bu məhsul icbaridir və hər bir vətəndaş əmlakını mütləq sığortalamalıdır, sığorta məhsulunun alınmamasına görə cərimə mexanizmi tətbiq olunmalıdır. Təəsüf ki, cərimə mexanizminin tətbiq olunma şərtləri hazır olmadığına görə, vətəndaşlar bu məhsula maraq göstərmirlər və nəticədə fəlakət anında ziyanın qarşılanması üçün müxtəlif dövlət strukturlarına müraciətıər olur.Sahibkarların istifadəsində olan kommersiya və ticarət obyektləri,həmçinin kənd təsərrüfatı sahələri də təbii fəlakətlərdən ziyan görən sahələr siyahısına daxildir.Bütün hallarda bu fəkakətlərdən qorunmağın yeganə yolu sığorta şirkətlərindən keçir. Obyektini, mənzilini sığortslayan şəxslər son nəticədə təminat ala bilirlər. Sığortalı olmayan şəxs ələr isə dəymiş ziyanı özləri qsrşılamaq məcburiyuəti qarşısında qalırlar.
Qeyd edək ki, hər bir vətəndaş sığorta işinə məsuliyyətlə yanaşmalı və və vaxtında bu məhsullardan yararlanmalıdırlar.
Aysel Əkbər Son.az
ADPU-nun Kimya və biologiya fakültəsinin "Kimya müəllimliyi" ixti

Müğənni İlhamə Qasımova həyatı ilə bağlı bilinməyən faktları açı

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nə

Türkiyəli məşhur müğənni Kənan Doğulunun musiqiçi qardaşı Ozan Doğ

Son zamanlar sürücüləri maraqlandıran məsələ avtomobillərin bazar qiym�

Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sa

Avstraliyada məşhur olan fast food brendi Taco Bell, iflasın astanasına gəl

Şairə və qiraətçi Nazilə Səfərli maraqlı açıqlama verib.

Türkiyədə neft qiymətlərindəki dalğalanmalar fonunda yanacaq qiymətləri

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə əra

Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və

Rusiya mənşəlli məhsulların Azərbaycan bazarında rəqabət imkanları mə

Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyün�
