Tramp: Üç nəfərə görə milyonlarla insan öldü
Dünya 14 Apr 2025 23:54:00 98 0
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silahlarının alınması ilə bağlı təklifinə münasibət bildirib.
Bu xəbəri də oxu: Makron yenə biabır oldu: TrampZelenski görüşündə... VİDEO
Son.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə təşkil etdiyi mətbuat konfransında danışıb.
"O həmişə raket əldə etmək axtarışındadır. Baxın! Müharibəyə başlayanda siz qələbə çala biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sən səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyini ümid edə bilməzsən.", - o deyib.
Tramp ilk prezidentliyi dövründə Ukraynaya "Javelin" raketlərini necə verdiyini xatırladıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə məhz beləcə qalib gəliblər.
"Onları "Javelin"lərlə məhv etdilər. Belə bir deyim var ki, o vaxt Obama onlara çarpayı, Tramp isə Javelin verdi. Amma bu, heç vaxt olmamalı idi. Bu, əsl biabırçılıqdır. Şəhərlər dağıdıldı və ən əsası, milyonlarla insan öldü. Üç nəfərin ucbatından milyonlarla insan öldü. Bunlardan birincisi Putinin. İkincisi nə etdiyini bilməyən Bayden. Üçüncü isə Zelenski. Mənim işim isə bunu dayandırmağa çalışmaqdır.", - deyə Tramp əlavə edib. /APA Son.az
"Hazırda neft qiymətinin büdcədə nəzərədə tutulan 70 dollardan aş

"Bank Avrasiya" ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəri

ABŞ lazım gələrsə, İrana qarşı sərt addımlar atmağa hazırdır və Te

"Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhl�

Taylandda bir kişi küçədən aldığı dondurmanın içində bütöv bir ilan

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına görə, hətta

Dırnaqla bağlı aparılan araşdırma, dırnaqdakı qəribəliklərin xərçə

ABŞ-ın yüksək rüsumları, Avrozonada inflyasiyanın əvvəlki proqnozlara n

"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər".

Müğənni Elnarə Ülvi duet ortağı Əlikram Bayramov haqda şok açıqlamala

"Türkiyəli və azərbaycanlı həmkarlarım da təsdiqləyərdilər ki, b
