Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Art Weekend" festivalı keçiriləcək
Digərləri 14 Apr 2025 10:19:50 97 0
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda incəsənət festivalına hazırlıq başlayıb.
Bu xəbəri də oxu: Ən ideal bürclər Həyatın hər sahəsində irəlidədirlər
Fonddan Son.az-a verilən xəbərə görə, 31 oktyabr - 2 noyabr tarixlərində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir.
"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.
"Art Weekend" üçün əsas element su seçilib və fəlsəfi, bədii, ekoloji baxımdan layihənin konsepsiyasının mərkəzində yer alacaq. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı metafora, dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir.
Azərbaycanla yanaşı, digər ölkələrdən də tanınmış rəssam, kurator və incəsənət xadimlərinin iştirak edəcəyi "Art Weekend" festivalında yaradıcı şəxslər Bakıda bir araya gələrək, suyu yaradıcılığın hər növünə nüfuz edən bir güc və mövzu kimi araşdıracaq.
Ənənəvi sərgi formatını aşacaq tədbirdə müxtəlif təqdimatlar, interaktiv instalyasiyalar da nümayiş olunacaq. İzləyicilər duyğularla döyünən heyranedici rəsmlər, insan ruhunu oyandıran heykəllər və incəsənətin digər sahələrinə aid gözəl nümunələrlə tanış olacaqlar.
Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41048 mana

Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə 10 fərqli siyasət şurasına

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Rusiya raketlə Sumi şəhərini vurub.

İki ay öncə avtomobil vuran qadın xəstəxanada ölüb.

Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməs

Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayand�

Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar

Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkil

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının "Lənk�

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci

Nəhayət, yoxsulluqla vidalaşa və zəngin həyata qədəm qoya bilərsiniz
