Məşhur müğənni kosmosa uçmağa hazırlaşır FOTO
Şou-biznes 13 Apr 2025 17:00:00 117 0
Dünya şöhrətli pop ulduzu Keti Perri 14 aprel tarixində "Blue Origin" raketi ilə kosmosa səyahətə çıxmağa hazırlaşır.
Bu xəbəri də oxu: “Dedim ki, sənə vardövlət yox, təhsil verəcəyəm”
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Elle" jurnalına müsahibəsində bəyan edib.
O, bu uçuşun onun üçün şəxsi və mənəvi bir missiya olduğunu vurğulayıb.
İfaçı Yer kürəsinin nə qədər qiymətli və qorunmağa layiq olduğunu hər an xatırlatması üçün kosmosa özü ilə "canlı bir varlıq" aparmaq niyyətini də açıqlayıb.
Bundan əlavə, Perri və onun həmkarları uçuş zamanı makiyaj etməyi düşünürlər.
"Kosmos nəhayət qlamur olacaq", - deyə sənətçi bildirib.
Keti Perri qeyd edib ki, bu səfərə çıxmaqda əsas məqsədlərindən biri qızı Deyzini xəyal qurmağa ruhlandırmaqdır:
"Ona göstərmək istəyirəm ki, istənilən insan - mənşəyindən, etnik kimliyindən, iqtisadi vəziyyətindən və ya təhsil səviyyəsindən asılı olmayaraq - öz arzularını gerçəkləşdirə bilər. Deyzi artıq böyük bir xəyalpərəstdir, halbuki hələ cəmi dörd yaşı var. Amma mən bunu təkcə onun üçün yox, gələcək nəsil üçün də edirəm", - deyə o əlavə edib.
Uçuş təxminən 11 dəqiqə davam edəcək və Yer atmosferi ilə kosmik boşluq arasındakı sərhəd hesab olunan Karman xəttinə qədər yüksələcək. Perri və həmkarları orbitə çıxmayacaqlar. Qeyd edək ki, bu missiya yalnız qadınlardan ibarət olacaq - bu isə 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın təkbaşına uçuşundan sonra ilk belə hadisədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

Onlayn hərrac platforması "SBX Cars"da "Hennessey Venom F5"

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verildiyi məlum

Müğənni Ülviyyə Namazova maraqlı açıqlaması ilə diqqət çəkib.

Almaniya ölkəyə qeyri-qanuni yollarla daxil olan və sığınacaq müraciətl

Yaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyə

Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün qan şəkərinin səvi

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, müğənni Lalə

Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin ABŞ Prezidenti

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may a

Dünya şöhrətli pop ulduz Şakira görüntüsü ilə diqqət çəkib.

Saqqız çeynəmək qarınyumşaldıcı təsir göstərə bilər.

Dünya yeni elektrik avtomobil istehsalçısını qarşılamağa hazırlaşır.
