İmamoğlunun məhkəməsindən ilkin QƏRAR FOTO
Digərləri 11 Apr 2025 17:56:00 115 0
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Ekrem İmamoğluya qarşı cinayət işinin ilk məhkəmə iclası keçirilib. O, yanvarın 20-də qatıldığı tədbirdə İstanbul Baş Prokuroru Akın Gürlek və ailəsi ilə bağlı dediklərinə görə hakim qarşısına çıxarılıb.
Bu xəbəri də oxu: Daha iki rayonda bu ailələrə ev veriləcək
Son.az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.
Silivridə keçirilən ilk iclasda İmamoğlu, vəkilləri, həyat yoldaşı Dilek İmamoğlu və CHP nümayəndə heyəti iştirak edib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu məhkəmədəki çıxışında belə deyib:
"Həm ölkəmiz, həm də millətimiz adına bu prosesin ədalətli qərarlarla nəticələnməsini arzulayıram. Bu gün buradayam və istər-istəməz öz-özümə - "niyə buradayam?" - deyə sual verirəm. Cavabını tapmaqda da çətinlik çəkmirəm. Bu proses məndə narahatlıq doğurur. Ulu türk milləti adından, türk ədalətindən düzgün qərarlar gözləyirəm. İnsanlar yaşayır ki, dövlət yaşasın. Əlbəttə, siz ədalət naminə burada oturursunuz, amma mən də bu ölkənin və dünyanın ən qədim şəhərlərindən birinin - göz bəbəyimiz İstanbulun bələdiyyə sədri olaraq buradayam. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı danışacağam, amma ilk növbədə maraqlanıram - mən niyə buradayam? Mən üç dəfə seçki qazanmış bir insanam.
Həyatım boyunca heç vaxt kimisə təhdid etməmişəm. Baş prokurordan görüş üçün həftələrlə vaxt istədim, lakin mənə görüş verilmədi. Mən onu ifadə azadlığı çərçivəsində tənqid etmişəm. Bunu təhdid kimi qiymətləndiriblər. Mən kimi təhdid etmişəm? Belə bir şey ola bilərmi? Açıq-aşkar təhdid deyirlər, bu necə açıq-aşkar təhdid adlandırıla bilər? Bu ifadə azadlığıdır. Mən özümü Ulu Türk ədalətinə əmanət edirəm", - deyə o bildirib.
İddianamədə isə bildirilir ki, İmamoğlunun çıxışı təkcə tənqidi olmayıb, hakim Akın Gürleki və ailəsini hədəf göstərmə məqsədi daşıyıb. Onun ifadələri "ifadə azadlığı" çərçivəsində deyil, təhqir və təhdid olaraq qiymətləndirilib. İmamoğlunun digər çıxışlarında isə "ədalətli mühakiməni təsir altına almaq" cəhdləri kimi dəyərləndirilib.
Qeyd edək ki, İmamoğlu barədə "vəzifəli şəxsin xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ictimai təhqir", "təhdid" və "terrorla mübarizədə iştirak etmiş şəxsləri hədəfə göstərmək" ittihamları ilə 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, səsvermə və seçilmək hüququndan məhrum edilməsi və dövlət vəzifəsində işləməsinə qadağa qoyulması tələb olunur.
Növbəti iclas iyunun 16-da keçiriləcək. /Oxu.Az
Şairə və qiraətçi Nazilə Səfərli qalmaqallı açıqlama verib.

Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsi təxirə salınıb.

Havanın yenidən kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son

"Embawood" mebel istehsalı şirkətində qalmaqal baş verib. Belə k

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs z

Bu dəqiqələrdə Türkiyənin Antalya şəhərində "Antalya Diplomatik F

Ötən gün Bakıda film səhnələrini xatırladan qəza baş verib. İdarərtm

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiy

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.
