Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub FOTO
Kriminal 10 Apr 2025 10:35:00 135 0
Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "İndi al! Müştəriyə tələ" sənədli filmi nümayiş olunub.
Bu xəbəri də oxu: Operanın tarixiorta əsrlərdən müasir dövrə qədər Azərbaycan istedadlarının təqdimatında FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda, IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi, eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra sənədli film nümayiş olunub.
Qeyd edək ki, "İndi al! Müştəriyə tələ" sənədli filmi Böyük Britaniyanın "Grain Media" şirkəti tərəfindən istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir. Bir sıra qlobal şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış şəxslərlə aparılan müsahibələr, müvafiq statistik məlumatlar və nümunələr vasitəsilə bu tendensiyaların doğurduğu risklər filmdə ətraflı işıqlandırılıb.
IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında məsuliyyətli istehlak vərdişlərini formalaşdırmağa, eləcə də daha yaşıl və dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırır.
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarl

Türkiyədə jurnalistlər Murat Ağırel və Timur Soykan saxlanılıb.

Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su təchizat�

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.

Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli "Vətənə xidmətə görə&qu

Tanınmış psixoloq Samirə Bağırova iddialı açıqlaması ilə diqqət çə

Uzun müddət sonra ilk dəfə Türkiyədə benzin ucuzlaşıb.

Məlum olduğu kimi, aprel ayı ərzində Yer kürəsində bir neçə maqnit qa

İki general - Rusiya Milli Qvardiyasının rəisi Viktor Zolotov və Çeçenist

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu il

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxt

Müğənni Hiss ilk dəfə efirdə reklam qiymətini açıqlayıb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
