Avropa Azərbaycan Mərkəzi beynəlxalq təşkilatlara müraciət etdi


Siyasət 09 Apr 2025 07:07:00 92 0

Avropa Azərbaycan Mərkəzi beynəlxalq təşkilatlara müraciət etdi

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Azərbaycanın işğaldan azad olunmuş və minalarla çirklənmiş ərazilərində aprelin 6-da və 7-də baş vermiş mina partlayışları nəticəsində uşaqlar da daxil olmaqla 5 nəfərin xəsarət alması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə bu faciəvi hadisənin Ermənistan tərəfindən ərazilərimizdə məqsədyönlü şəkildə yerləşdirilmiş minaların bölgədə təhlükə mənbəyi olaraq qalmaqda davam etdiyini bir daha göstərdiyi vurğulanıb. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb.

Qeyd edilib ki, Azərbaycanda minatəmizləmə işləri sürətlə davam etdirilsə də, bu proses ciddi çətinliklərlə müşayiət olunur. Ən böyük maneələrdən biri Ermənistanın mina xəritələrini təqdim etməkdən boyun qaçırmasıdır. Otuz ilə yaxın davam etmiş işğal müddətində Azərbaycan ərazilərində sistemli və planlı şəkildə milyonlarla mina basdırılmış, minalanmış yerlərin dəqiq xəritələri ya ümumiyyətlə verilməmiş, ya da təqdim olunan xəritələr natamam və qeyri-dəqiqdir. Bu, həm minatəmizləmə prosesini ləngidir, həm də insanların həyatını və sağlamlığını ciddi təhlükə altına qoyur.

Avropa Azərbaycan Mərkəzi minaların yaratdığı humanitar fəlakəti və genişmiqyaslı təhlükəni tanımaq, Azərbaycanın minatəmizləmə səylərinə siyasi və texniki dəstək göstərmək, Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə minalanmış ərazilərə dair xəritələri təqdim etməməsi və bu yolla insanların həyatını riskə atması ilə bağlı məsuliyyət daşımasını təmin etmək barədə beynəlxalq ictimaiyyətə çağırış edib.

"Minalar yalnız insanların həyatını təhlükə altında qoymur, eyni zamanda, regionda sülh, sabitlik və postmünaqişə dövründə bərpa proseslərinə maneə yaradır. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu çağırışa laqeyd qalmayacaq və təhlükənin aradan qaldırılması üçün daha təsirli və fəal dəstək nümayiş etdirəcək", - deyə müraciətdə qeyd olunub. Son.az

İsa Məsihin məzarı tapılıb?  Arxeoloqlardan tarixi kəşf like
  • 09 Apr 07:01  
Dünya İsa Məsihin məzarı tapılıb? Arxeoloqlardan tarixi kəşf

Arxeoloqlar Hz. İsanın çarmıxa çəkilməsi və dəfn edilməsi ilə bağl�

arrow Ətraflı
Ərdoğan Özəli məhkəməyə verdi like
  • 09 Apr 06:55  
Digərləri Ərdoğan Özəli məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının

arrow Ətraflı
"Konsertimdə qızı xəstəxanaya apardılar" like
  • 09 Apr 06:47  
Şou-biznes "Konsertimdə qızı xəstəxanaya apardılar"

"Qorxmaz Əlilicanzadənin oğlu Məmmədlə dostam. Ola bilər aramızda i

arrow Ətraflı
Xolesterol səviyyəsini necə idarə etməli? like
  • 09 Apr 06:33  
Digərləri Xolesterol səviyyəsini necə idarə etməli?

Xolesterol səviyyəsinə nəzarət sağlamlığı qorumaq və ürək-damar xəs

arrow Ətraflı
Dünyanın ən zəngin qadınları AÇIQLANDI  Pulun kraliçaları onlardır like
  • 09 Apr 06:19  
Digərləri Dünyanın ən zəngin qadınları AÇIQLANDI Pulun kraliçaları onlardır

Dünyanın ən varlı qadınlarının siyahısı açıqlanıb.

arrow Ətraflı
"Hər dəfə anamın təzyiqi qalxırdı, oğlum deyirdi ki, məktəbə getmirəm" like
  • 09 Apr 06:06  
Şou-biznes "Hər dəfə anamın təzyiqi qalxırdı, oğlum deyirdi ki, məktəbə getmirəm"

"Deyirlər ki, şou-biznes insanları məsuliyyətsiz, yalançı olurlar. O

arrow Ətraflı
Kosmetoloji prosedurlar orqanizmə belə təsir edir like
  • 09 Apr 05:05  
Digərləri Kosmetoloji prosedurlar orqanizmə belə təsir edir

Son illərdə estetik prosedurlar arasında ən çox yayılmış üsullardan bir

arrow Ətraflı
Bu 70 qəpiklik məhsulu evinizdə yandırın və görün nələr olur  MÖCÜZƏ like
  • 09 Apr 04:04  
Digərləri Bu 70 qəpiklik məhsulu evinizdə yandırın və görün nələr olur MÖCÜZƏ

Dəfnə yarpağı ilə evdəki mənfi enerjini yox et - qədim üsul yenidən tr

arrow Ətraflı
"Söz deyəndə götürə bilmirəm" like
  • 09 Apr 03:03  
Şou-biznes "Söz deyəndə götürə bilmirəm"

Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan bir müddət əvvəl ana ola

arrow Ətraflı
Vaxtsız ölümün qarşısını almaq yolu TAPILDI like
  • 09 Apr 02:02  
Dünya Vaxtsız ölümün qarşısını almaq yolu TAPILDI

Tövsiyə olunan həftəlik fiziki fəaliyyət miqdarını yerinə yetirmək hə

arrow Ətraflı
Ancelina Coli bu ətiri vurur  FOTO like
  • 09 Apr 01:01  
Şou-biznes Ancelina Coli bu ətiri vurur FOTO

Ancelina Coli - sadəcə bir ulduz deyil, əsl əfsanədir! Onun seçdiyi ətirl

arrow Ətraflı
Şizofreniya xəstələrinə dərmanlar verilmir: Təhlükə saçırlar like
  • 09 Apr 00:52  
Digərləri Şizofreniya xəstələrinə dərmanlar verilmir: Təhlükə saçırlar

Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır ki, dərmanlar

arrow Ətraflı
Ömrü qısaldan dörd amil  Süfrədə deyil, beyində gizlənir like
  • 09 Apr 00:48  
Digərləri Ömrü qısaldan dörd amil Süfrədə deyil, beyində gizlənir

Kolumbiya Universitetinin məzunu və psixiatr Dr. Judith Joseph psixi sağlaml�

arrow Ətraflı
Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri Azərbaycan göstərilir like
  • 09 Apr 00:39  
Digərləri Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri Azərbaycan göstərilir

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında d

arrow Ətraflı
Bu il vətəndaşlara geri qaytarılan ƏDVnin MƏBLƏĞİ like
  • 09 Apr 00:31  
Digərləri Bu il vətəndaşlara geri qaytarılan ƏDVnin MƏBLƏĞİ

Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisi

arrow Ətraflı