Almaniya Prezidentinin Azərbaycana səfəri etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisidir


Siyasət 03 Apr 2025 22:31:00 97 0

Almaniya Prezidentinin Azərbaycana səfəri etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisidir

Azərbayca və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Ölkələrimiz arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilir. Prezident Frank Valter-Ştaynmayerin ölkəmizə səfəri və dövlət başçılarımız arasında aparılan müzakirələr ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə yeni bir impuls verəcək.

Son.az bildirir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib.

Millət vəkili xatırladıb ki, Valter-Ştaynmayerin prezident qismində ölkəmizə ilk rəsmi səfəridir:

"Amma XİN rəhbəri kimi dəfələrlə ölkəmizə gəlib, ölkələrimiz arası əməkdaşlığın inkişaf etdirilməsi, keçmiş Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində fikir mübadilələri aparılıb. Dövlət başçısı İlham Əliyev Almaniya Prezidenti ilə ikitərəfli və geniştərkibli görüşlərdə mövqeyimizi və baş verən prosesləri qarşı tərəfin diqqətinə bir daha çatdırdı. Həm də dövlət başçımız ölkəmizdə keçirilən qlobal əhəmiyyətli COP29 tədbirində iştirak etməyən yeganə ölkənin Ermənistan olduğunu və iştirak etməməsinin səbəbini başa düşülən olmadığını bir daha almaniyalı həmkarının diqqətinə çatdırdı".

A.Badamovun sözlərinə görə, ölkələrimizarası iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir və əməkdaşlığın inkişaf etdirilməsinin hüquqi bazasını yaradan 77 sənəd imzlanıb.

"Bu ilin 2 ayı ərzində keçən ilin müvafiq dövrünə nisbətən ticarət dövrüyyəsində 3 dəfədən çox artımın olması xüsusilə vurgulanıb. Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasının əsasında xam neftimizin alışının artırılması dayanır. Həm də Almaniya şirkəti ilə əməkdaşlıq edərək qazımızın Avropa bazarına istehlakını həyata keçiririk. Almaniya ilə əməkdaşlığımızın dərinləşdirilməsi bərpaolunan enerjimizin Avropaya ixrac edilməsində müsbət nəticələr verəcək", - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərli isə Trend-ə açıqlamasında xatırladıb ki, uzun illərdir Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir:

"Hazırda Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, hər iki ölkənin rəhbərləri arasındakı münasibətlər də yüksək səviyyəli dialoqa əsaslanır. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi və 11 dəfə isə işgüzar səfər edib. 2023-cü ilin fevral ayında dövlət başçımızın Almaniyaya növbəti səfəri baş tutub və Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana ötən günkü səfəri zamanı hər iki prezident Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər".

Millət vəkilinin sözlərinə görə, Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir:

"Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Bu səfərlə bir daha Almaniyanın Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edib, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyi sübut olundu. Həmçinin, Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir".

M.Cəfərov vurğulayıb ki, Azərbaycanla Almaniya arasında əlaqələr də kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb.

"2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Son 5 ildə Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-nın fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər", - deyə o fikrini yekunlaşdırıb. Son.az 

Qətlə yetirilən aktyorun evindən oğurlanan pulla avtomobil alıblar? like
  • 03 Apr 22:20  
Kriminal Qətlə yetirilən aktyorun evindən oğurlanan pulla avtomobil alıblar?

Paytaxtda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmila Tkaçi qətlə

arrow Ətraflı
Ana üç övladından başqa kişiyə görə imtina edibmiş  TƏFƏRRÜAT like
  • 03 Apr 22:09  
Digərləri Ana üç övladından başqa kişiyə görə imtina edibmiş TƏFƏRRÜAT

Ötən gün övladından imtina edən ana "TikTok" sosial şəbəkəsi

arrow Ətraflı
Aprel ayında 3 bürcün bəxti axır ki, pul sarıdan gətirəcək like
  • 03 Apr 21:54  
Digərləri Aprel ayında 3 bürcün bəxti axır ki, pul sarıdan gətirəcək

Mart ayının sonu üç bürc üçün pul şansları və gözlənilməz maliyyə

arrow Ətraflı
Kəmalə Günəşli canlı efirdə bərk yıxıldı like
  • 03 Apr 21:42  
Şou-biznes Kəmalə Günəşli canlı efirdə bərk yıxıldı

Müğənni Kəmalə Günəşlinin başına iş gəlib. 

arrow Ətraflı
Hərbi xidmətə yararsız olanlar bu sahələrdə çalışa bilməz like
  • 03 Apr 21:31  
Digərləri Hərbi xidmətə yararsız olanlar bu sahələrdə çalışa bilməz

Hərbi xidmətə yararsız insanları ən çox narahat edən məsələlər sıra

arrow Ətraflı
“Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun qardaşı imiş like
  • 03 Apr 21:23  
Şou-biznes “Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun qardaşı imiş

"Mən aktyor sənətinin təhsilini almamışam. Amma uşaqlıqdan, məktə

arrow Ətraflı
Trampın reytinqləri düşür like
  • 03 Apr 21:12  
Dünya Trampın reytinqləri düşür

ABŞ prezidenti Donald Trampın reytinqi onun yanvarın 20-də inauqurasiyasınd

arrow Ətraflı
"Kaş ki, valideynlər dünyasını dəyişməzdi" like
  • 03 Apr 21:00  
Şou-biznes "Kaş ki, valideynlər dünyasını dəyişməzdi"

"Ən yaxın rəfiqəm anam idi. Ürək sözlərimi ona deyirdim. O gedənd�

arrow Ətraflı
Tramp dünya ölkələri üçün yeni rüsumları AÇIQLADI like
  • 03 Apr 20:58  
Digərləri Tramp dünya ölkələri üçün yeni rüsumları AÇIQLADI

ABŞ prezidenti Donald Tramp digər ölkələrlə yeni qarşılıqlı tarifləri

arrow Ətraflı
Azərbaycanda təhsil alan qızların sayı açıqlandı like
  • 03 Apr 20:54  
Digərləri Azərbaycanda təhsil alan qızların sayı açıqlandı

Hazırda ölkə üzrə təhsil alan qız şagirdlərin sayı 795 596 nəfərdir.

arrow Ətraflı
BYD 2025ci ildə yeni satış rekordları qırmağa davam edir like
  • 03 Apr 20:43  
Digərləri BYD 2025ci ildə yeni satış rekordları qırmağa davam edir

BYD 2025-ci ilin ilk üç aylıq dövründə satışda yeni bir rekord qırıb.

arrow Ətraflı
Çelentanonun yeni FOTOsu görənləri duyğulandırdı like
  • 03 Apr 20:37  
Şou-biznes Çelentanonun yeni FOTOsu görənləri duyğulandırdı

Məşhur italyan müğənnisi və aktyoru Adriano Çelentano nadir hallarda icti

arrow Ətraflı
Subay xanımlara BƏD XƏBƏR like
  • 03 Apr 20:29  
Digərləri Subay xanımlara BƏD XƏBƏR

Dünyanın ən varlı ikinci adamı evlənməyə hazırlaşır.

arrow Ətraflı
ABŞ NATOdan çıxmayacaq  Rubio like
  • 03 Apr 20:20  
Dünya ABŞ NATOdan çıxmayacaq Rubio

ABŞ NATO-nun üzvü olaraq qalacaq. Hazırda Birləşmiş Ştatların hərbi bl

arrow Ətraflı