Ağcabədidəki dəhşətli qəzada ölənlərin
Digərləri 01 Mar 2025 21:00:00 148 0
20:58
Bu xəbəri də oxu: Yer Kürəsini bu zireh qoruyurmuş ŞOK GÖRÜNTÜLƏR yayıldı
Dünən axşam saatlarında Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.
Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə - yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.
Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan VAZ markalı avtomobilə çırpılıb. Nəticədə, idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə, VAZ-da olan Vüsal Məmməd oğlu Hüsiyev (1990), Sənan Aqil oğlu Əmrahov (1991), Azər Fəyyaz oğlu Aslanov (1992), Asiman Yaşar oğlu Ələsgərov (2007) və Elbəy Mövsüm oğlu Aslanov həlak olublar.
Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.
Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.
Qəza zamanı həlak olanlardan dördünün fotolarını təqdim edirik.
Fotoda: Sənan Əmrahov, Azər Aslanov, Asiman Ələsgərov, Elbəy Aslanov. Son.az
Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər

Mingəçevirdə yüksək mərtəbəli binada yanğın həyəcanı yaşanıb.

Ezoterik ekspertlər əmindirlər ki, bürcün bütün əlamətləri arasında d

Babası rəhmətə getdiyi gün yarışa çıxan "Səs Azərbaycan"ın

Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb.

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb.

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət D

"Oğlum evdən gedəndə məktub yazıb qoymuşdu. Məktubunda deyirdi ki,

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının "ArtStudiya&quo
