“Onun bu hərəkəti hörmətsizlikdir” Mehribanlar arasında qalmaqal


Şou-biznes 04 Mar 2025 07:28:00 149 0

“Onun bu hərəkəti hörmətsizlikdir”  Mehribanlar arasında qalmaqal

"İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var?"

Son.az xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova kulis.az-a açıqlamasında deyib:

"1998-ci ildən bu günə qədər 27 ildir ki, Azdramada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və Azdramanın dəyərlərinə bağlılığımı sübut edir. Bu səbəbdən hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. Azdrama-da hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə ki, yox!".

Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir:

"Azdrama-nın səhnəsində illərdir parlayan, müxtəlif janrlarda özünü sübut etmiş yetərincə istedadlı aktrisa var. Niyə onların zəhməti, potensialı nəzərə alınmır? Bu teatrın sənətkarlarını kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, burada çalışanlara hörmətsizlikdir. Azdramanın aktyor və aktrisalarına layiq olduqları dəyər verilməlidir! Onların çəkdiyi zəhmət və səhnədə qazandıqları təcrübə gözardı edilməməlidir. Teatrda seçimlər şəxsi yanaşmaya yox, aktyorun istedadına və teatrın prinsiplərinə əsaslanmalıdır! Mənim Mehriban Ələkbərzadə ilə heç bir şəxsi qərəzim yoxdur və bilirəm ki, onun da mənə qarşı heç bir şəxsi qərəzi yoxdur. Lakin bu məsələyə biganə qala bilmərəm. Çünki mən bu teatrda illərimi vermişəm, səhnəsində çalışmışam, tamaşalarına həyat vermişəm. Bu səbəbdən, söz haqqım var və öz fikrimi açıq şəkildə bildirməkdən çəkinmirəm". Son.az 

Pis günlər geridə qaldı  Bu bürc axır ki, xoşbəxtliyi dadacaq like
  • 04 Mar 07:15  
Digərləri Pis günlər geridə qaldı Bu bürc axır ki, xoşbəxtliyi dadacaq

Mart ayı bürcün bir çox əlamətləri üçün maliyyə və münasibətlərd�

arrow Ətraflı
İnternet üzərindən satılan dərmanlar təhlükəlidir? like
  • 04 Mar 07:08  
Digərləri İnternet üzərindən satılan dərmanlar təhlükəlidir?

Sosial şəbəkələr aptek kimi fəaliyyət  göstərir...Burada  satılan ə

arrow Ətraflı
Tramp Ukraynaya hərbi yardımı dayandırdı like
  • 04 Mar 06:54  
Dünya Tramp Ukraynaya hərbi yardımı dayandırdı

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda uşaq bağçası yandı  FOTO like
  • 04 Mar 06:51  
Digərləri Azərbaycanda uşaq bağçası yandı FOTO

Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb.

arrow Ətraflı
Selena Qomezin 16 000 xırda şüşədən ibarət donu like
  • 04 Mar 06:47  
Şou-biznes Selena Qomezin 16 000 xırda şüşədən ibarət donu

Müğənni və aktrisa Selena Qomez libası ilə bütün diqqətləri üzərinə

arrow Ətraflı
Dollar dəyişir?  Tramp 100 dolların üzərində like
  • 04 Mar 06:19  
Dünya Dollar dəyişir? Tramp 100 dolların üzərində

100 dollarlıq əskinasda Benjamin Franklinin fotosunun yerinə prezident Donald

arrow Ətraflı
Evə uğur gətirən qədim İNANCLAR like
  • 04 Mar 06:06  
Digərləri Evə uğur gətirən qədim İNANCLAR

Qədim inanclara görə evə uğur və bərəkət gətirmək üçün müxtəlif

arrow Ətraflı
Yuxuda sarımsaq görməyin mənası like
  • 04 Mar 04:04  
Digərləri Yuxuda sarımsaq görməyin mənası

Sarımsaq sağlamlıq üçün faydalı olduğu üçün mənəvi və fiziki rifah

arrow Ətraflı
İlin ən çox qazanan ulduzları like
  • 04 Mar 02:02  
Şou-biznes İlin ən çox qazanan ulduzları

Amerikanın biznes nəşri "Forbes" Hollivud aktyor və aktrisaların�

arrow Ətraflı
O, mühərriki “yeyə” bilər: bu səhvi etməyin like
  • 04 Mar 01:01  
Digərləri O, mühərriki “yeyə” bilər: bu səhvi etməyin

Təcrübəli avtomobil ustası Skotti Kilmer sürücülərə xəbərdarlıq edib

arrow Ətraflı
Papa Ukraynaya görə xəstəxanadan like
  • 04 Mar 00:48  
Dünya Papa Ukraynaya görə xəstəxanadan

İkitərəfli pnevmoniyadan əziyyət çəkən Papa Fransisk xəstəxanadan ça�

arrow Ətraflı
İrəvanda maşınından Azərbaycan bayrağı asdı like
  • 04 Mar 00:38  
Digərləri İrəvanda maşınından Azərbaycan bayrağı asdı

Ermənistanın paytaxtı İrəvanda yük yerindən Azərbaycan bayrağı asan av

arrow Ətraflı
Xaricdən alınan avtomobillər yolda yanarsa, zərəri kim ödəyir? like
  • 04 Mar 00:27  
Digərləri Xaricdən alınan avtomobillər yolda yanarsa, zərəri kim ödəyir?

İki mərtəbəli qoşqusu olan yük avtomobili qəfildən alışıb yandı.

arrow Ətraflı
Axund Azər: "Bəzi məsələlər üçün nə imam, nə də peyğəmbər lazımdır" like
  • 04 Mar 00:15  
Digərləri Axund Azər: "Bəzi məsələlər üçün nə imam, nə də peyğəmbər lazımdır"

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

arrow Ətraflı