Ağ Ev: "İran PUAsını vurmaqla lazım olanı etdik"
Digərləri 04 Fev 2026 00:27:00 75 0
3 fevral 2026-cı il tarixində Umman dənizində İranın pilotsuz uçuş aparatının (PUA) ABŞ tərəfindən vurulmasından sonra rəsmi Vaşinqtondan ilk açıqlama gəlib. Ağ Ev bu addımın gəmini və personalı qorumaq üçün atıldığını bəyan edib.
Bu xəbəri də oxu: Yol polisindən sürücülərə MÜRACİƏT
Son.az xəbər verir ki, hadisə Umman dənizində (Ərəb dənizi), İran sahillərindən təxminən 800 km uzaqlıqda, beynəlxalq sularda baş verib. ABŞ-nin USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə doğru aqressiv və təhlükəli manevrlər edən İranın Shahed-139 tipli PUA-sı ABŞ-ın F-35C qırıcı təyyarəsi tərəfindən vurularaq dənizə salınıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins bildirib ki, İran PUA-sı gəmiyə doğru "lazımsız və aqressiv" şəkildə yaxınlaşdığı üçün hərbi protokol tətbiq olunub. PUA-nın vurulması "meşru müdafiə" (özünü müdafiə) çərçivəsində qiymətləndirilib.
Gərginliyə baxmayaraq, Ağ Evin sözçüsü Karoline Livit qeyd edib ki, bu hadisə İranla aparılan siyasi danışıqlara mane olmayacaq. O, "İranla görüşmələr planlaşdırıldığı kimi davam edir" deyərək, hərbi insidentin diplomatik masanı devirmədiyinə işarə edib.
CENTCOM rəsmiləri İranın dənizdəki təxribatlarına və hədələrinə dözüm nümayiş etdirməyəcəklərini, beynəlxalq sularda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəklərini vurğulayıblar. Lalə Qüdrətova Son.az
Qaraciyər çatışmazlığı səbəbindən orqan köçürülməsi (transplantas
Kubada temperatur tarixdə ilk dəfə olaraq 0°C-yə düşüb.
Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində "İnsa
Qoç İş mühitində rəhbərliklə və ya nüfuzlu şəxslərlə münasibətl
Bir neçə gün öncə Vətən müharibəsində Şuşanın azadlığı uğrunda
Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtom
Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, mart ayı
"Motivasiyam yoxdur. Bir qəşəng iş çıxardırsan, görürsən nə dinl
Hamımız bilirik ki, kiçik düymə az su, böyük düymə isə çox su boşald
Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin q
Son.az Trend-də dərc olunan məqaləni təqdim edir. ABŞ Ədliyyə Nazirl
Alimlər sübut ediblər ki, süd bədənin su ehtiyacını adi sudan daha uzun
Əməkdar artist Elxan Şirinov "Həmin Zaur" verilişində qonaq olub
Rusiyalı diktor, sovet dövrünün tanınmış televiziya aparıcısı, RSFSR-i
