Google Mapsdə danışan süni intellekt Gemini istifadəyə verilib
Digərləri 31 Yan 2026 23:47:00 70 0
Google Maps tətbiqində piyada və velosiped marşrutları zamanı Gemini süni intellekt köməkçisi ilə qarşılıqlı əlaqə imkanı yaradılıb. Bu yenilik daha əvvəl yalnız avtomobillə hərəkət rejimində mövcud olan və noyabr ayında istifadəyə verilmiş danışıq əsaslı naviqasiya funksiyasının genişləndirilməsi olub.
Bu xəbəri də oxu: Ucarda iki nəfər dəm qazından zəhərləndi
Son.az xəbər verir ki, bu barədə MacRumors nəşri məlumat yayıb.
İstifadəçilər hərəkətdən yayınmadan və naviqasiya ekranını tərk etmədən səsli şəkildə suallar verə bilirlər.
Məsələn, gəzinti zamanı ərazi barədə məlumat almaq və ya yolüstü tualeti olan kafe soruşmaq, velosipedlə hərəkət edərkən isə əlləri sükan üzərindən çəkmədən təxmini çatma vaxtını öyrənmək mümkündür. Gemini həmçinin dəqiqləşdirici sorğuları dəstəkləyir və ardıcıl şəkildə əlavə məlumatların alınmasına imkan verir.
Axtarış sorğularından əlavə, assistent naviqasiya əmrlərini də qəbul edir. Bunlara dayanacaqların əlavə edilməsi, alternativ marşrutların göstərilməsi və səsli göstərişlərin söndürülməsi daxildir. Eyni zamanda, növbəti döngə və ya təyinat nöqtəsində hava şəraiti ilə bağlı praktiki sorğular da mümkündür.
Gemini-ni ekranın sağ yuxarı küncündə yerləşən assistent nişanı vasitəsilə və ya səsli komanda ilə aktivləşdirmək olar.
Ayxan Son.az"Mahnı evdə birinci səslənir. Günel dinləyir. Bəyənmir. Başqası o
Şkaflarda yaranan kif qoxusu həm paltarlara hopur, həm də sağlamlıq üçü
"Science of the Total Environment" jurnalında dərc olunan yeni araş
Goranboyda şagirdi döyən direktora cinayət işi açılıb.
"Saçlarım korlandı. Gördüm ki, bərpa etmək mümkün deyil. Barmaqlar
Maqnit qasırğaları Yerin maqnit sahəsinin Günəşdən yayılan yüklü hiss
Daxili İşlər Nazirliyi (DİN) Bakıda müğənninin dələduzluğa məruz qal
"Sən Orxan adıyla uşaq evinə düşdün, amma Doğuş olaraq yenidən do
İranın cənubundakı Bəndər-Abbas liman şəhərində baş verən güclü pa
Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətində yaran
Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.
Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə
Bakıda özünü su idarəsinin əməkdaşı kimi qələmə verib, yaşlı ev sa
